Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № e-2(069)-76/2025 03.04.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili olan Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh torpaq alqı-satqısı ilə əlaqədar olaraq ondan aldığı 23.000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu, Xocavənd qəsəbəsində müvəqqəti olaraq yaşayan Cavabdeh ilə uzun bir müddət tanışlıq və qohunluq münasibələri vardır. 2017-ci ildə onunla razılaşaraq Xocavənd rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ona veriləcək torpaq sahəsini 10 il müddətinə 8.000 manata satmasına razılaşmış, həmin vaxt ona 8.000 manat pul vermiş, torpaq sahəsinin sənədləşməsi bir müddət çəkmiş və 2018-ci ildə Xocavənd rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli, 48 saylı sərəncamı ilə Cavabdeh 25 ha torpaq sahəsi ayrılmışdır. Sərəncam əsasında ayrılmış torpaq sahəsinə Cavabdeh öz adına çıxarış almış və bir müddətdən sonra həmin torpaq sahəsini onun adına sənədləşdirəcəyini bildirmişdir. Bir müddət keçəndən sonra o, həmin torpaq sahəsinin başqa adamlara satılması barədə məlumat almışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, torpağı sənədləşdirməkdən yayınmış, çünki həmin vaxtlar torpaqların qiyməti kəskin artmışdır. 2024-cü ilin aprel ayının 29-da onlar həmin torpaq sahəsini 15.000 manat müqabilində satılmasına razılaşmış, həmin 15.000 manat məbləği Çingizə vermiş, lakin Çingiz yenədə həmin torpaq sahəsini onun həyat yoldaşının adına sənədləşdirməmişdir. Belə olan halda cavabdehə verdiyi pulu geri tələb etmiş, lakin o, maddi imkanının olmadığını, hələlik həmin torpaq sahəsindən istifadə etdiyini və vaxtı çatanda sənədləşdirəcəyini bildirmişdir. Lakin verdiyi 23.000 manat məbləğində pulunu geri tələb etsədə, o pulunun olmadığını bildirərək imkanı olanda qaytaracağını bildirmiş və onu aldatmışdır. Məcburiyyət qarşısında qalaraq verdiyi pulu geri tələb etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də, Cavabdeh torpaq alqı-satqısı ilə əlaqədar olaraq ondan aldığı 23.000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Xocavənd Rayon Məhkəməsində Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldırmışdır. Hazırda aralarında olan məsələ qarşılıqlı anlaşma nəticəsində həll edilmiş və heç bir mübahisə qalmamışdır. Ona görə də, onun e-2(069)-76/2025 saylı mülki iş üzrə iddiadan imtinasını qəbul edib, mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili olan Nümayəndə məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, iddiaçının iddiadan imtinası nəzərə alıb, mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, iddiaçı Nəcəfov X1 Rayon Məhkəməsində ona qarşı “pul” tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda aralarında olan mübahisəni həll etmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiadan imtina etdiyini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də, iş üzrə iddiaçının iddiadan imtinası qəbul edir və mülki işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə, İddiaçı və Cavabdeh ərizəsini, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etdiyindən, cavabdeh isə işin icraatına xitam verilməsinə etiraz etmədiyindən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiaçının iddiadan imtinası qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəfindən iddiaçının iddiasından imtinası qəbul edilənədək tərəflərə müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmişdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtina etməsi qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-76/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №e-2(069)-76/2025
03.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver