Məhkəmə qərarları › İş №e-2(069)-83/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-83/2025

08.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-83/2025 08.07.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 11.580 (on bir min beş yüz səksən) manat pulun və ödənilmiş 125 manat məbəlğində dövlət rüsumunun onun xeyrinə tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 26 aprel 2022-ci il tarixində ondan 11.580 (on bir min beş yüz səksən) manat borc almışdır. Razılaşmalarına əsasən, borc bağlanana kimi hər ay kart hesabına 500 (beş yüz) manat ödəməklə borcu tam şəkildə ödəməli idi. Lakin cavabdeh onu aldatmış və bu günə kimi vədinə əməl etməmişdir. Hər dəfə müxəlif bəhanələr gətirən cavabdehin borcu qaytarmaq niyyəti yoxdur və gələcəkdə qaytaracağına dair təminat da vermir. Belə olan halda borcun məcburi qaydada cavabdehdən alınması üçün adiyyatı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, işin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq, cavabdehə qarşı tələbi əsaslı olduğundan ərizəsi təmin edilməklə, cavabdehdən borcun və məhkəmə xərci kimi dövlət rüsmunun tutulması barədə ədalətli və qanuni qətnamə qəbul ediləcəkdir. Ona görə də, Cavabdeh 11.580 (on bir min beş yüz səksən) manat pulun və ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi olan Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddiaçı əvvəlki məhkəmə iclasında cavabdehin atasının ona məhkəməyə qədər olan müddətdə ümumi borcdan 500 (beş yüz) manat ödədiyini və bu barədə məhkəməyə məlumat verməyi unutduğunu bildirmişdir. Belə olan halda iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbini rəhbər tutaraq, cavabdehdən 11.080 (on bir min səksən) manat pulun və ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi olan Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, yolda avtomobilində baş vermiş qəfil nasazlıga görə üzrlü səbəbdən məhkəmə iclasına gecikməsini nəzərə alıb, iclası 30 dəqiqə gec başlanmasını, üzrlü səbəbdən gecikməyi nəzərə alınmadığı halda işə iştirakları olmadan baxıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçıdan 2020-ci ildə müxtəlif vaxtlarda faizə pul götürmüş, 2022-ci ildə dövlət işində işlədiyinə görə götürdüyü pulu qaytara bilməmiş, hissə-hissə ödəmək şərti ilə 11.580 manat borcunun olması barədə akt tərtib edilmiş və aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. yazılı sənəd vermişdir. Daha sonra hər ay 500 manat ödəmiş, hətta qardaşına və evinə müxtəlif vaxtlarda pul vermiş, habelə atası Bakı şəhəri Neftçilər metrosunun yanında iddiaçı ilə görüşüb pul vermiş, lakin qeyd etdiyi hallarla bağlı sübutu yoxdur. Qeyd etdiklərini nəzərə alıb, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı 11.580 manat borc pul götürmüş, həmin məbləği tam şəkildə qaytara bilmədiyi üçün hər ikisinin arasında razılığa gələrək ayda 500 manat məbləğində borc bağlanana qədər ödəyəcəkdir. Həmin məbləği Ayselin **********204692 kart hesabına ödəyəcəkdir. Aktın doğruluğu Cavabdeh, İddiaçı, X4, X1 və X2 tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, 26 aprel 2022-ci il tarixdə 11.580 manat borc alması ilə bağlı 10 gün müddətində borcu geri qaytarılmasını, əks halda borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1991-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə Xocavənd rayonu, Kuropatkin kəndində doğulmuş, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı ümumilikdə 11.580 manat məbləğində borc pul alması, həmin borc pulun alması barədə yazılı akt tərtib edilməsi, cavabdeh tərəfindən müxtəlif vaxtlarda iddiaçıya olan borcunun qaytarılması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməməsi, aldığı borcundan 500 manat qaytarması və hazırda İddiaçı 11.080 manat məbləğində borclu qalması sübuta yetirildiyindən, iddia əsaslıdır təmin edilməli, Cavabdeh 11.080 manat və ödənilmiş 125 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 11.080 manat və ödənilmiş 125 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar