Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-116/2024 23.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 saylı müqaviləyə əsasən 66,13 manat əsas, 0,35 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 saylı müqaviləyə əsasən 8589,11 manat əsas, 95,5 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 saylı müqaviləyə əsasən 85 manat əsas, 4 manat faiz borcu olmaqla, cəmi 8840,09 manat borcun və 109 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 saylı, xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 saylı və xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 saylı müqavilələrə əsasən bank tərəfindən ona ümumilikdə 10300 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X3 banka ümumi olaraq 8840,09 manat borcu vardır. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh (arvadı) X3 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsələrinə qalan miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, AC 358882 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30014834, mühərrik nömrəsi və buraxılış ili 2001-ci il olan “X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə ekspertiza rəyi ilə razıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir, ki, o, əri X3 yeganə vərəsəsidir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ərindən ona buraxılış ili 2001-ci il olan “X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmış və o, həmin avtomobili satmışdır. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 nömrəli “Kredit Sazişi”ndən görünür ki, İddiaçı ASC tərəfindən X4 illik 25 faiz dərəcəsi ilə “Bolkart” kredit kartı təqdim edilmiş və kredit xəttindən ilkin olaraq istifadə etmək üçün 200 manat məbləğ müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli, 5006 nömrəli “Balansdankənar məxaric orderi”ndən görünür ki, 1 ədəd “X10 Credit” kartı X6 tərəfindən qəbul edilmişdir; xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 “Kredit sazişi”ndən görünür ki, İddiaçı ASC tərəfindən X4 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir; xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 nömrəli “Kredit sazişi”ndən görünür ki, İddiaçı ASC tərəfindən X4 illik 36 faiz dərəcəsi ilə “Dostlar Klubu” kredit kartı təqdim edilmişdir; xx.xx.2020-ci il tarixli, 5005 nömrəli “Balansdankənar məxaric orderi”ndən görünür ki, 1 ədəd “X9” kartı X6 tərəfindən qəbul edilmişdir; Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notarisu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”dən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə dair mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC358882 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30014834, mühərrik nömrəsi və buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Ölmüş ərin (arvadın) ümumi əmlakdan payı “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir; Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notarisu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X3 vərəsəsi arvadı Cavabdehdır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC358882 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi NT30014834, mühərrik nömrəsi və buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir; xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AL/53100/73/23 saylı müqaviləyə əsasən sonuncunun İddiaçı ASC-yə 66,13 manat əsas, 0,35 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, CP/72184/73/23 saylı müqaviləyə əsasən 8589,11 manat əsas, 95,5 manat faiz borcu, xx.xx.2020-ci il tarixli, DK/83170/72/73 saylı müqaviləyə əsasən 85 manat əsas, 4 manat faiz borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 9/6155 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 2001-ci il buraxılışlı, “NİSSAN X-TRAİL” minik markalı avtomobilin normal vəziyyətdə 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 12000 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 109 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 İddiaçı ASC tərəfindən kredit verilmiş, X6 İddiaçı ASC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin, öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun arvadı Cavabdeh borcalanın vərəsəsi kimi müəyyən edilmişdir. X2 miras qalmış buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 və Cavabdeh ümumi birgə mülkiyyətidir. Yəni, həmin əmlakın ½ hissəsi Cavabdeh məxsus olmuş və X6 öldükdən sonra Cavabdeh həmin miras əmlakdan ½ hissədə pay almışdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinə əsasən kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin, nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda belə nəticəyə gəlmişdir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, X3 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsəsi Cavabdeh münasibətdə iddia tələbi qismən əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 3 kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ümumilikdə 8840,09 manat borcu yaranmışdır. X2 vərəsəsi Cavabdeh miras qalmış əmlak - buraxılış ili 2001-ci il olan “NİSSAN X-TRAİL” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsidir. Belə ki, həmin əmlak X6 və Cavabdeh ümumi birgə mülkiyyəti olmuş və sözügedən əmlakın ½ hissəsi Cavabdeh mülkiyyətində olmuşdur. Nəzərə alınmalıdır ki, bu halda vərəsə Cavabdeh miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, Cavabdeh çatan miras payının dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertiza təyin etmiş və həmin əmlakın dəyərinin miras açıldığı vaxta olan dəyərinin 12000 (on iki min) manat olması müəyyən edilmişdir. Həmin əmlakın ½ hissəsinin Cavabdeh mülkiyyətdə olmasını, əmlakın qalan ½ hissəsinin Cavabdeh miras qalmasını, əmlakın ümumi dəyərinin mirasın açıldığı vaxt 12000 (on iki min) manat olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, X3 vərəsəsi kimi Cavabdeh İddiaçı ASC qarşısında ona çatan miras payı həcmində, yəni 6000 (manat) məbləğində məsuliyyət daşımalıdır. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, AL/53100/73/23, CP/72184/73/23 DK/83170/72/73 nömrəli kredit müqavilələri üzrə ümumilikdə 6000 (altı min) manat məbləğində vəsait, həmçinin 80 (səksən) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı ASC-nin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, AL/53100/73/23, CP/72184/73/23 DK/83170/72/73 nömrəli kredit müqavilələri üzrə ümumilikdə 6000 (altı min) manat məbləğində vəsait, həmçinin 80 (səksən) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-116/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-116/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver