Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-121/2025 29.04.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hacızadə İddiaçı Elbrus oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 fevral 2024-cü il tarixli, 1946 nömrəli və 29 fevral 2024-cü il tarixli, 1947 nömrəli müqavilələr üzrə 1900 manat borcun və tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhərində özünə məxsus “Galaxy” mağazası vardır. Cavabdeh ilə aralarında bağlanmış 29 fevral 2024-cü il tarixli, 1946 nömrəli alğı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh 900 manat dəyərində Samsung A54 qara 6/128 gb markalı telefon və 29 fevral 2024-cü il tarixli, 1947 nömrəli alğı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh 765 manat dəyərində Samsung A34 qara 6/128 gb markalı telefon verilmişdir. Cavabdeh ilkin olaraq 125 manat ödəniş etmişdir. Cavabdeh müqavilələrin şərtinə əsasən 11 ay ərzində hər ay 140 manat ödəməli idi. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda Cavabdeh 29 fevral 2024-cü il tarixli, 1946 nömrəli müqavilə üzrə 1000 manat və 29 fevral 2024-cü il tarixli, 1947 nömrəli müqavilə üzrə 900 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehə borcun qaytarılmasını bildirsə də, cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 1946 nömrəli əşyaların hissə-hissə ödəmə şərti ilə alğısatqısı haqqında müqavilədən görünür ki, cavabdeh iddiaçıdan “Samsung A54 black 6/128 GB” markalı telefonu 900 manata nisyə almışdır; xx.xx.2024-cü il tarixli, 1947 nömrəli əşyaların hissə-hissə ödəmə şərti ilə alğısatqısı haqqında müqavilədən görünür ki, cavabdeh iddiaçıdan “Samsung A34 black 6/128 GB” markalı telefonu 765 manata nisyə almışdır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 1946 nömrəli müqavilə üzrə “Samsung A54 black 6/128 GB” markalı telefon üçün 800 manat ödənilməmiş hissə, 200 manat cərimə olmaqla, ümumilikdə 1000 manat borcu vardır; Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 1947 nömrəli müqavilə üzrə “Samsung A34 black 6/128 GB” markalı telefon üçün 700 manat ödənilməmiş hissə, 200 manat cərimə olmaqla, ümumilikdə 900 manat borcu vardır; xx.xx.2025-ci il tarixli, 23357 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 39 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 200 manat (1946 və 1947 nömrəli müqavilə üzrə ayrıayrılıqda 200 manat) məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29 fevral 2024-cü il tarixli, 1946 nömrəli müqavilə üzrə 800 manat ödənilməmiş hissə, 10 manat cərimə, 29 fevral 2024-cü il tarixli, 1947 nömrəli müqavilə üzrə 700 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1520 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 35,2 manat dövlət rüsumunun əvəzi iddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 fevral 2024-cü il tarixli, 1946 nömrəli müqavilə üzrə 800 manat ödənilməmiş hissə, 10 manat cərimə, 29 fevral 2024-cü il tarixli, 1947 nömrəli müqavilə üzrə 700 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1520 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 35,2 manat dövlət rüsumunun əvəzi iddiaçı Hacızadə İddiaçı Elbrus oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-121/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-121/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver