Məhkəmə qərarları › İş №e-2(070)-123/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-123/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-123/2024 08.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 763,54 manat məbləğində borcun - bundan 461,68 manat əsas, 242,22 manat faiz borcu və 59,64 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov qoyulmuş ümumi çəkisi 12,80 qram olan 750 əyarlı 2 ədəd sırğa və ümumi çəkisi 29,80 qram olan 750 əyarlı 1 ədəd boyunbağıya yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əldə olunan məbləğin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borcun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 1550 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-nin Bərdə filialı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ***-*******LK260419- 01/QZ2/1 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə imzalanmış xx.xx.2019cu il tarixli qiymətləndirmə və təhvil-təslim aktına (1 saylı əlavə) əsasən cavabdehə məxsus ümumi çəkisi 12,80 qram olan 750 əyarlı 2 ədəd sırğa və ümumi çəkisi 29,80 qram olan 750 əyarlı 1 ədəd boyunbağı banka girov qoyulmuşdur. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faziləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən də cavabdehin xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka ödənilməmiş cəmi 763,54 manat borcu vardır. Bundan 461,68 manat əsas, 242,22 manat faiz borcu və 59,64 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2024-cü il tarixli, **********419 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə isə banka 50 manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul edir. Lakin, həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə mürаciət еdərək, iddiаnı müdаfiə еtdiklərini qеyd еdərək işə onların iştirаkı оlmаdаn bахılmаsını və iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Bərdə filialı Cavabdeh 24 ay müddətinə, illik 28 faiz olmaqla 1550 manat kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-yə hər ay 85,08 (sonuncu ay 95,76) manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 1519 manat pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01/QZ2/1 nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******LK260419-01 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə qızıl-zinət əşyalarını İddiaçı ASC-yə girov qoymuş, tərəflər girov predmetinin dəyərini 2996,2 manat məbləğində müəyyən etmişdir; xx.xx.2019-cu il tarixli “girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktı”ndan görünür ki, girov qoyan Cavabdeh dəyəri 880 manat qiymətləndirilmiş 2 ədəd sırğanı və dəyəri 2116 manat qiymətləndirilmiş 1 ədəd boyunbağını, ümumi dəyəri 2996,2 manat qiymətləndirilmiş qızıl-zinət əşyalarını öhdəliyinin icrasının təmini üsulu kimi İddiaçı ASC-yə girov qoymuşdur; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, ***- *******LK260419-01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə 461,68 manat əsas, 242,22 manat faiz, 59,64 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə əsas borca hesablanmış faiz borcu, cəmi 763,54 manat məbləğində borcu vardır; X1 ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə illik 28 % olmaqla 1550 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh isə İddiaçı ASC-dən həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüş, həmçinin Cavabdeh dəyəri 2996,2 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Lakin, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269-cu maddəsinə əsasən girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması hissələrində əsaslıdır və həmin hissələrdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının açıq hərracda satılması nəticəsində əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, qeyd edilən məsələ iddia üzrə tələb kimi müəyyən edilsə də hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan tələb həmin hissədə təmin edilə bilməz və rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 461,68 manat əsas borc, 242,22 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 59,64 manat faiz borcu olmaqla, cəmi 763,54 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində girov ilə yüklü edilmiş qızıl-zinət əşyalarına (2 ədəd sırğa, əyar-750, 12,8 qram və 1 ədəd boyunbağı, əyar-750, 29,8 qram) yönəldilməli, iddiaçıya ödənilməli olan pul tələblərinin təmin edilməsi üçün həmin əşyalar açıq hərrac yolu ilə satılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 461,68 manat əsas borc, 242,22 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 59,64 manat faiz borcu olmaqla, cəmi 763,54 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində girov ilə yüklü edilmiş qızıl-zinət əşyalarına (2 ədəd sırğa, əyar-750, 12,8 qram və 1 ədəd boyunbağı, əyar-750, 29,8 qram) yönəldilsin, iddiaçıya ödənilməli olan pul tələblərinin təmin edilməsi üçün həmin əşyalar açıq hərrac yolu ilə satılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar