Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № e-2(070)-131/2024 12.06.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 13523,16 manat əsas, 975,97 manat faiz, cəmi 14499,13 manat məbləğində vəsaitin və ödənilmiş 133,5 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə mürаciət еdərək, iddiаnı müdаfiə еtdiklərini, məhkəməyə mürаciət оlunаn zаmаn iddiа ilə bаğlı bütün zəruri sübutlаrı təqdim еtdiklərini qеyd еdərək işə onların iştirаkı оlmаdаn bахılmаsını və iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh Quluzadə X1 qəsəbəsində qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Xocalı rayon icra Hakimiyyətinin xx.xx.2024cü il tarixli, 5-51/2-349 nömrəli məktubundan göründüyü kimi Kərkicahan qəsəbəsi Xankəndi şəhərinin inzibati ərazisinə daxildir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələbə aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Xankəndi Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 35.1, 44.2.2, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Xankəndi Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-131/2024
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №e-2(070)-131/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver