Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № e-2(070)-16/2025 04.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 733,64 manat əsas borcun, 66,84 manat faiz borcunun, 59,67 manat cərimə borcunun, 13,25 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 0 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinin, cəmi 873,4 manat məbləğində borcun, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, tərəfimdən hazırkı işə baxılmasına yol verilmədiyindən özü-özümə etiraz olunmalıdır. Belə ki, MPM-in: 19.1 və 19.1.7-ci maddələrinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir; 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər; 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun; 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından göründüyü kimi Cavabdeh arvadımın əmisi oğludur (əsas: Xocalı rayon İcra hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5-51/2-641 nömrəli məktubu, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin surətləri). Bu halda iş üzrə qəbul ediləcək yekun məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair şübhə olmaması baxımından hesab edirəm ki, özü-özümə etiraz edilməli və etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə özü-özümə etiraz edilsin. Etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-2(070)-16/2025
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №e-2(070)-16/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver