Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-177/2024 30.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********94 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5010,39 manat, müqavilə müddətində ödənilməmiş faiz borcu üzrə 2986,66 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu üzrə 129,44 manat olmaqla, cəmi 8126,49 manatın tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 101,27 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********94 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24 faizlə 48 ay müddətinə 6700 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. BPM**********94 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 5010,39 manat, müqavilə müddətində ödənilməmiş faiz borcu üzrə 2986,66 manat, müqavilə müddətindən sonra ödənilmiş faiz borcu üzrə 129,44 manat olmaqla, cəmi 8126,49 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 101,27 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-13857/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş əsas borc üzrə 5010,39 manat, müqavilə müddətində ödənilməmiş faiz borcu üzrə 2986,66 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu üzrə 233,82 manat olmaqla, cəmi 8230,87 manatın tutulması, həmçinin ödənilmiş 102,31 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul edir. O, həqiqətən bankdan kredit götürmüş, lakin, maddi vəziyyəti aşağı olduğu üçün ödənişlərini vaxtı-vaxtında edə bilməmişdir. Hal-hazırda borcunu birdəfəlik ödəməyə gücü çatmır. Borcunu hissə-hissə ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 6700 manat məbləğində kredit vermişdir; xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, 6633 manat (kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən kredit məbləğinin 1 faizi həcmində komissiya borcalandan tutulmaqla) Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASCyə 5010,39 manat əsas borcu, müqavilə müddətində ödənilməmiş 2986,66 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş 129,44 manat faiz borcu, cəmi 8126,49 manat borcu vardır; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASCyə 5010,39 manat əsas borcu, müqavilə müddətində ödənilməmiş 2986,66 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş 233,82 manat faiz borcu, cəmi 8230,87 manat borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 9/5536 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka müqavilə bitən müddətə, yəni xx.xx.2023-cü il tarixə 5013,08 manat əsas borcu, 2988,13 manat faiz borcunun olması müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka xx.xx.2024-cü il tarixli maliyyə arayışı müddətinə 5013,08 manat əsas borcu, 3609,75 manat faiz borcunun olması müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 102,31 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 6700 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüş, lakin, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixə 5010,39 manat əsas borcun, müqavilə müddətində ödənilməmiş 2986,66 manat faiz borcunun, müqavilə müddətindən sonra ödənilməmiş 233,82 manat faiz borcunun, cəmi 8230,87 manat borcun tutulmasını xahiş edir. İş üzrə əldə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 avqust 2024-cü il tarixli, 9/5536 nömrəli rəyinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışı müddətinə 5013,08 manat əsas borcu, 3609,75 manat faiz borcu vardır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də borclu öhdəliyinin pozuntusu üçün bank qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixə 5010,39 manat əsas borcun, müqavilə müddətində ödənilməmiş 2986,66 manat faiz borcunun, müqavilə müddətindən sonra ödənilməmiş 233,82 manat faiz borcunun, cəmi 8230,87 manat borcun tutulmasını xahiş edir. İş üzrə əldə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 avqust 2024-cü il tarixli, 9/5536 nömrəli rəyinə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışı müddətinə 5013,08 manat əsas borcu, 3609,75 manat faiz borcu vardır. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması tələbini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə verilmiş tələb miqdarında borcun tutulmasına dair qətmanə çıxarılmalıdır (MPM-in 218.3-cü maddəsi). MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsinə əsasən 5010,39 manat əsas borc, müqavilə müddətində ödənilməmiş 2986,66 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş 233,82 manat faiz borcu olmaqla, cəmi 8230,87 manat vəsait, həmçinin ödənilmiş 102,31 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının əvəzi tutulmalı, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsinə əsasən 5010,39 manat əsas borc, müqavilə müddətində ödənilməmiş 2986,66 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş 233,82 manat faiz borcu olmaqla, cəmi 8230,87 manat vəsait, həmçinin ödənilmiş 102,31 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının əvəzi tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası GORANBOY RAYON MƏHKƏMƏSİ AZ 2200, ünvan 1 ünvanı. contact@ goranboycourt.gov.az 11 aprel 2023-cü il İş № 2(045)-366/2023 İddiaçı: "xxxx" ASC-yə Bakı şəhəri, Füzuli küçəsi, 71 Cavabdeh: Cavabdeh Goranboy rayonu, Balakürd kəndi Goranboy Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(045)-366/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(070)-177/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-177/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver