Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-236/2025 23.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Goranboy rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 iyul 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, həmçinin 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 01 iyul 2013-cü ildə X4 adlı bir övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Xocalı Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(070)- 204/2017 nömrəli qətnaməsi ilə pozulmuş və artıq uzun illərdir ki, ayrı yaşayırlar. Xocalı Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(070)-204/2017 nömrəli qətnaməsinə əsasən, həmçinin 01 iyul 2013-cü ildə doğulmuş X3 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh işlədiyi müddətdə alimenti ödəmiş, lakin işdən çıxandan sonra 2023-cü ilin iyul ayından etibarən aliment ödəməmişdir. Cavabdeh uşağa maddi kömək göstərəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Cavabdehdən alimentin tutulması üçün o, 14 mart 2024-cü ildə Goranboy 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh həmin vaxt maddi imkanının aşağı olduğunu, imkan olan kimi uşağına maddi kömək edəcəyini bildirdiyindən o, mediasiya prosesini axıra qədər davam etdirməmiş və həmin vaxt məhkəməyə müraciət etməmişdir. Buna baxmayaraq sonradan anlamışdır ki, cavabdeh onu aldadır, cavabdehin uşağına maddi kömək etmək fikri yoxdur. Özü övladının qayğısına qalır, valideynlərinin köməkliyi ilə uşağını böyütməyə çalışır. Hazırda özü xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə alır. Cavabdeh bir ata kimi bir dəfə də olsun uşağı ilə maraqlanmır. Cavabdeh uşağa nə mənəvi, nə də ki maddi köməklik göstərir. O, uşağına hərtərəfli qayğı göstərməyə çalışır. Lakin uşağın gündəlik artan tələbatları və hazırki dövrdə hər şeyin qiymətinin artması ona çətinlik yaradır. O, artıq övladının tələbatlarını ödəyə bilmir. Maddi vəziyyəti buna imkan vermir. Hesab edir ki, cavabdeh də bir valideyn kimi uşağına baxmağa borcludur. Övladının qayğısına qalmaq cavabdehin də vəzifəsidir. Cavabdehin buna imkanı da çatır. Lakin cavabdeh uşağına könüllü yardım etmək istəmir. Ona görə də o, cavabdehdən sabit pul məbləğində alimentin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl ilkin prosedur olaraq Goranboy 1 saylı mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Mediasiya təşkilatının arayışını da ərizəsinə əlavə etmişdir. Cavabdehdən əvvəllər onun əmək haqqının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutulması barədə məhkəmə qətnaməsi olsa da, işdən çıxdıqdan sonra cavabdeh övladına heç bir maddi köməklik göstərməmişdir. Bundan əvvəl də o, 2024-cü ildə cavabdehdən alimentin tutulması üçün cəhdlər etmişdir. Buna sübut olaraq 14 mart 2024-cü il tarixdə Goranboy 1 saylı mediasiya təşkilatının “Mediasiya prosesinin tətbiqi barədə təklif” məktubunu da ərizəsinə əlavə etmişdir. Ona görə də cavabdehdən əvvəlki 2 illik dövr üzrə də alimentin tutulmasını və hazırki ərizəsinin daxil olduğu vaxtdan isə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon Aşağı Ağcakənd qəsəbə İƏD üzrə namayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 113643 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 iyul 2013-cü ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Xocalı Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(070)-204/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayon Qeydiyyat şöbəsində 18 aprel 2013-cü il tarixdə 76 nömrə ilə rəsmi qeydə alınmış nikah qeydiyyatının pozulması, 01 iyun 2013-cü il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılması, 04 avqust 2017-ci il tarixdən başlayaraq tərələrin uşaqları X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 267730 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 119 nömrə ilə qeyd edilmişdir; xx.xx.2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, iddiaçı tərəfindən Goranboy 1 saylı Mediasiya təşkilatının hesabına cəmi 60 (altmış) manat məbləğində vəsait ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuş, həmçinin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına uyğun olaraq Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir ki, bunlardan biri də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmaması, çətinlik törətməsi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulmasıdır. Bu əsas mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8- 2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir; 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə nəzərə alır ki, iddiaçının tələbi uşağın saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasıdır. Hazırda uşağın saxlanılması üçün müəyyən edilmiş cavabdehin qazancının (gəlirlərinin) müəyyən hissəsi miqdarında alimentin tutulması qeyr-mümkündür və bu hal iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Bu səbəbdən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırki işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 300 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin, yəni 60 manatın cavabdehdən tutulması hissəsinə dair qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddiaçı mediasiya xərcinin tam olaraq cavabdeh tərəfindən ödənilməsi şərti ilə bağlı hər hansı sübut təqdim etmədiyindən tələb həmin hissədə qismən təmin olunmalı və iddiaçının ödədiyi 60 (altmış) manat mediasiya xərcinin yarısı, yəni 30 (otuz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 48,8 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməli, 30 (otuz) manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 48,8 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 iyul 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. 48,8 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-236/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-236/2025
23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver