Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-273/2023 15.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X3 оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qаrşı borc tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı İddiaçı MMC cаvаbdеh Cavabdeh qаrşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 546 manat borc məbləği, 54 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 12 mart 2020-ci il tarixli WTCN-003430 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 596 manat olan Samsung A205 32 DS İMEİ **********05205 markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 12-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 50 (əlli) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 546 manat mağazaya ödəməmişdir. Dəfələrlə cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Xocalı Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. 12 mart 2020-ci il tarixli WTCN-003430 saylı əşyanın nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh, İddiaçı MMC-dən 12 ay müddətinə 596 manat Samsung A205 32 DS İMEİ **********05205 markalı əşya almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 26 sentyabr 2023-cü il tarixə 546 manat ödənilməmiş məbləğ var, 54 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 12 mart 2020-ci il tarixli WTCN-003430 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 546 manat ödənilməmiş hissə, 14 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 590 (beş yüz doxsan) manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(070)-273/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-273/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver