Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-308/2025 23.12.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 15 avqust 2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 22 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə 4037,22 (dörd min otuz yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 262,92 (iki yüz altmış iki manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4300,14 (dörd min üç yüz manat on dörd qəpik) manat tam kredit borcunun və ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2013-cü il tarixli, 32-12/Fİ saylı qrup kredit müqaviləsinə əsasən təşkilat tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz ödəmək şərti ilə 5000 (beş min) manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə X1 arasında 15 avqust 2019-cu il tarixli, 163 nömrəli restrukturizasiya kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən 15 avqust 2019-cu il tarixinə olan 4037,22 (dörd min otuz yeddi manat iyirmi iki qəpik) manat məbləğində mövcud kredit borcu illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə restrukturizasiya edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2019-cu il tarixli, 163 nömrəli restrukturizasiya müqaviləsi üzrə sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh 15 avqust 2019-cu il tarixli, 163 nömrəli restrukturizasiya müqaviləsi ilə onun üzərinə düşən öhdəliklərini kobud surətdə pozaraq aylıq kredit ödənişlərini etməmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 15 avqust 2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən restrukturizasiya muqaviləsi üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə arasında bağlanılmış 15 avqust 2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 22 oktyabr 2025-ci il tarixinə günün əvvəlinə 4037,22 (dörd min otuz yeddi manat iyirmi iki qəpik) manat əsas borcu, 262,92 (iki yüz altmış iki manat doxsan iki qəpik) manat faiz borcu, ümumilikdə 4300,14 (dörd min üç yüz manat on dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4037,22 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 4037,22 manat məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş kredit və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür (illik faiz dərəcəsi 1 faiz, 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə); xx.xx.2025-ci il tarixli, Fİ/A/25/040 nömrəli maliyyə arayışından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehin 4037,22 (dörd min otuz yeddi manat iyirmi iki qəpik) manat əsas borcu, 262,92 (iki yüz altmış iki manat doxsan iki qəpik) manat faiz borcu, cəmi 4300,14 (dörd min üç yüz manat on dörd qəpik) manat borcu vardır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki tələb üzrə 63 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli, 163 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə, illik 1 faiz olmaqla 4037,22 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15 avqust 2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 22 oktyabr 2025-ci il tarixə 4037,22 (dörd min otuz yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 262,92 (iki yüz altmış iki manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 4300,14 (dörd min üç yüz manat on dörd qəpik) manat vəsait, həmçinin ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun əvəzi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 avqust 2019-cu il tarixli, 163 nömrəli kredit (restrukturizasiya) müqaviləsi üzrə 22 oktyabr 2025-ci il tarixə 4037,22 (dörd min otuz yeddi manat iyirmi iki qəpik) manat əsas borc, 262,92 (iki yüz altmış iki manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 4300,14 (dörd min üç yüz manat on dörd qəpik) manat vəsait, həmçinin ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun əvəzi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-308/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-308/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver