Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-89/2024 15.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 1273.93 manat məbləğində kredit borcu, 733.36 manat məbləğində faiz borcu və 667.03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2674.32 (iki min altı yüz yetmiş dörd manat otuz iki qəpik) manat məbləğində borcun, 021R********** saylı kredit razılaşması üzrə 587.51 ABŞ dolları məbləğində kredit borcu, 338.21 ABŞ dolları məbləğində faiz borcu və 307.62 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1233.34 (min iki yüz otuz üç ABŞ dolları otuz dörd sent) ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 67.71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 21L000003585 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 2500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli, 021R**********S saylı, xx.xx.2016-cı il tarixli, 021R**********S saylı, xx.xx.2016-cı il tarixli, 021R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1226,07 manat ödəmiş, onun 1273,93 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 2254 gün üçün hesablanmış faiz borcu 733,36 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 2254 gün üçün hesablanmış cərimə 667,03 manat təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 ABŞ doları məbləğində kredit götürmüşdür. Tərəfləri imzaladıqları xx.xx.2016-cı il tarixli, 021R**********S saylı, xx.xx.2016-cı il tarixli, 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli, 021R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli odluğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 912,49 ABŞ doları ödəmiş, onun 587,51 ABŞ doları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 2275 gün üçün hesablanmış faiz borcu 338,21 ABŞ doları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 2275 gün üçün hesablanmış cərimə 307,62 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı, həmçinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini bildirmiş, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 21L000003585 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı QSC tərəfindən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh3 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin 1.1 və 1.3-cü bəndlərindən görünür ki, bu müqavilə bankın kredit vermək vədini ifadə etmir, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir; xx.xx.2014-cü il tarixli, 21S000007828 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 21L000003585 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2015-ci il tarixli, 21S**********03 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 21L000003585 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh3 18 ay müddətinə, aylıq 1.8333 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verməyi, Cavabdeh3 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, 2500 manat məbləğində vəsait Cavabdeh3 tərəfindən qəbul edilmişdir; İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş”dən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə kreditin qalığını xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2016-cı il tarixli “Ödəniş Planı”ndan görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay qrafik üzrə ödəniş etməlidir; İddiaçı QSC-nin arayışından görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə 1273.93 manat əsas borcu, 733.36 manat faiz borcu, 667.03 manat cərimə borcu olmaqla, cəmi 2674.32 manat borcu vardır; xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh3 18 ay müddətinə, aylıq 1.8333 faiz dərəcəsi ilə 1500 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh3 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, 1500 ABŞ dolları məbləğində vəsait Cavabdeh3 tərəfindən qəbul edilmişdir; İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş”dən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə kreditin qalığını xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2016-cı il tarixli “Ödəniş Planı”ndan görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay qrafik üzrə ödəniş etməlidir; İddiaçı QSC-nin arayışından görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə 587.51 ABŞ dolları əsas borcu, 338.21 ABŞ dolları faiz borcu, 307.62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1233.34 ABŞ dolları borcu vardır; xx.xx.2024-cü il tarixli, **********22 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 67.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli, 21L000003585 nömrəli kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. Sözügedən şərtin tələblərinə uyğun olaraq tərəflər arasında xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən Cavabdeh3 18 ay müddətinə, aylıq 1.8333 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması əsasında Cavabdeh3 18 ay müddətinə, aylıq 1.8333 faiz dərəcəsi ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixli, 21S000007828 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 xx.xx.2014-cü il tarixli, 21L000003585 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşlər. Cavabdeh3 İddiaçı QSC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin, öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını-yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunan qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan normaları rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələbi borcun əsas borcludan tutulması hissəsində əsaslıdır və bu hissədə təmin olunmalıdır. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 667.03 manat və 307.62 ABŞ dolları məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 60 manat və 30 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbi kredit müqaviləsi üzrə həm əsas borcluya, həm də zaminlərə qarşı yönəlmişdir. Digər cavabdehlər (zaminlər) Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə, xx.xx.2015-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı isə xx.xx.2017-ci il tarixdə başa çatmış (ödəniş planına əsasən), lakin, bu tarixdən sonra bir il ərzində iddiaçı zaminlərə qarşı iddia irəli sürməmiş, iddia ərizəsi zaminliyə xitam verildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən zaminlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşımır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 021R********** saylı kredit razılaşması üzrə 1273.93 manat məbləğində kredit borcu, 733.36 manat məbləğində faiz borcu və 60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2067.29 manat məbləğində borc, 021R********** saylı kredit razılaşması üzrə 587.51 ABŞ dolları məbləğində kredit borcu, 338.21 ABŞ dolları məbləğində faiz borcu və 30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 955.72 ABŞ dolları məbləğində borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla), həmçinin 56.93 manat məbləğində dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 021R********** saylı kredit razılaşması üzrə 1273.93 manat məbləğində kredit borcu, 733.36 manat məbləğində faiz borcu və 60 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2067.29 manat məbləğində borc, 021R********** saylı kredit razılaşması üzrə 587.51 ABŞ dolları məbləğində kredit borcu, 338.21 ABŞ dolları məbləğində faiz borcu və 30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 955.72 ABŞ dolları məbləğində borc (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla), həmçinin 56.93 manat məbləğində dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-89/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-89/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver