Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-103/2025 12.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750,00 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 780,00 (yeddi yüz səksən) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21099” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə “VAZ 21099” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Sevdimaliyeva Zərifə Adil qızının sağlamlığına yüngül xəsarət yetirmiş və “Volvo FH 460 42T” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Hacıqabul Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21099” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. İş materiallarında olan 103OCAZ23335009B saylı xx.xx.2023-cü il tarixli “sığorta ödənişi aktından” görünür ki, Sevdimaliyeva Zərifə Adil qızına sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına surəti əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən “araməsafəsi” qaydasını pozmaqla hərəkətini davam etdirərək onunla eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Volvo FH460 42T” yük (yəhərli datrıcı) markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21099” minik markalı avtomobildə olan sərnişin X1 bədən səthində sağ aşıq-baldır nahiyyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik –hematoma və sıyrıqlar ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına surəti əlavə edilmiş Hacıqabul Rayon Mərkəzi X4 Şəxsinin həkimnarkoloqu tərəfindən tərtib edilmiş 82 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, 1977-ci il təvəllüdlü Cavabdeh spirtli içki qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 3(071)-324/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, iddia ərizəsində göstərilənin əksinə Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21099” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə dair hər hansı bir qeyd yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh sürücülük hüququ olmaqla etibarnamə ilə idarə etdiyi “VAZ 21099” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən “araməsafəsi” qaydasını pozmaqla hərəkətini davam etdirərək onunla eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Volvo FH460 42T ” yük (yəhərli datrıcı) markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ 21099” minik markalı avtomobildə olan sərnişin X1 bədən səthində sağ aşıq-baldır nahiyyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik –hematoma və sıyrıqlar ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Sevdimaliyeva Zərifə Adil qızının sağlamlığına yüngül xəsarət yetirmiş və “Volvo FH 460 42T” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı 750 (yeddi yüz əlli) manat sığorta ödənişi məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Subroqasiya hüququ yaranmasının əsası kimi isə yol nəqliyyat hadisəsi zamanı cavabdehin sərxoş vəziyyətdə olmasını göstərir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən sığorta hadisəsi zamanı cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmişdir. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi X4 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 82 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından və eyni zamanda Hacıqabul Rayon Məhkəməsinin 3(071)-324/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında Cavabdeh sığorta hadisəsi zamanı sərxoş olduğuna dair heç bir qeyd edilməmişdir. Bunun əksinə hadisə zamanı cavabdehin ayıq vəziyyətdə olduğu müəyyənləşdirilmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, sığorta hadisəsi anında cavabdehin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə istinad edilərək ondan subroqasiya qaydasında pul tələb edilməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-103/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-103/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver