Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1052/2023 04.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 610 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 640 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə “X6- Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “X6-Prado” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq, “X6-Prado” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 610 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhər BPİ BDYPİ-dən daxil olan inzibati xəta haqqında protokola əsasən Ağayev X3 Xətalar Məcəlləsinə əsasən təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır və Bakı şəhər BPİ BDYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixindən “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir. Koronavirus epidemiyasına görə Azərbaycan Respublikasında xx.xx.2020-ci il tarixdən xüsusi karantin rejimi elan edilmişdir. Etibarlılıq müddəti başa çatmış sürücülük vəsiqələrinin karantin vəziyyəti ilə bağlı dəyişilməsi mümkün olmadığı üçün həmin sürücülük vəsiqələri ilə avtomobillərin idarə olunmasına icazə verilmişdir. xx.xx.2020-ci il tarixdən etibarən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyatimtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, yalnız xx.xx.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş və qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qərarla o yolayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə olunmuşdur. Onun avtomobili idarə etmək hüququ olmasaydı, həm də Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) məsuliyyətə cəlb edərdilər. xx.xx.2020-ci il tarixli qərar onun sürücülük vəsiqəsinin etibarlı olmasını sübut edir. Bundan başqa, iddiaçı hazırki tələbi irəli sürmək üçün iddia müddətini də ötürmüşdür. Belə ki, sığorta müqaviləsindən və baş vermiş sığorta hadisəsindən 3 ildən artıq müddət keçmişdir. İş materiallarında olan AD seriyalı, 637355 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. İş materiallarında olan icbari sığorta müqaviləsindən görünür ki, “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il taixli 20-02753/04/AA-2109-20 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə "xxxx" ASC tərəfindən sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020ci il tarixdə Bakı şəhəri Ziya Bünyadov prospektində X1 idarə etdiyi “X6-Prado” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq hesablanmış 610 manat sığorta ödənişi faydalanan şəxsə ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından və xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X6-Prado” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən avtomobilin sahibinə 610 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışdan görünür ki, “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsi vaxtı ayıq vəziyyətdə olmuş, eyni zamanda karantin qaydalarına əsasən onun sürücülük hüququnun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər X8 İdarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 17:30-da “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus AB seriyalı, 280265 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, onun həmin sürücülük vəsiqəsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə AC seriyalı, 578518 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən həyata keçirilən 610 manat sığorta ödənişini 10 iş günü müddətində "xxxx" ASC-yə ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi müqabilində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsində göstərilir ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Ziya Bünyadov prospektində Cavabdeh (cavabdeh) tərəfindən idarə olunan “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi “X6-Prado” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilin sahibinə maddi zərər dəymişdir. “X6-Prado” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini icbari qaydada sığorta etmiş sığortaçı "xxxx" ASC avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X2 dəymiş zərərə görə 610 manat sığorta ödənişi etmişdir. Hazırda iddiaçı, baş vermiş yol nəqliyyat hadisə zamanı cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığını əsas gətirərək, zərər çəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart 2020-ci il tarixli qərarına əsasən 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi, xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətin dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə 02 aprel 2020-ci il tarixli Qərarının Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə 02 aprel 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilirdi: • təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; • ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; • yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarda həmçinin göstərilir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ümumi məlum olan hal ondan ibarətdir ki, 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi tətbiq edilməyə başlanmış və xüsusi karantin rejimi dövründə ölkə üzrə əksər müəssisələrdə, ictimai iaşə obyektlərində xidmətlərin həyata keçirilməsi dayandırılmış, ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilmiş, fiziki şəxslərə yalnız müəyyən hallarda yaşayış yerlərini tərk etmələrinə icazə verilmişdi. Həmçinin, həmin dövrdə bütün internet xəbər portallarında o cümlədən DİN Baş X8 İdarəsinin rəsmi internet səhifəsində aşağıdakı məzmunda məlumat dərc olunmuşdu: “Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdən etibarən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, xx.xx.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq. Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər”. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Cavabdeh sürücülük vəsiqəsinin müddəti məhz ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə başa çatmışdır. Həmin dövrdə ölkə üzrə əksər müəssisələrdə, ictimai iaşə obyektlərində xidmətlərin həyata keçirilməsi dayandırıldığından, fiziki şəxslərə yalnız müəyyən hallarda yaşayış yerlərini tərk etmələrinə icazə verildiyindən cavabdehin vaxtında müraciət edərək sürücülük vəsiqəsini dəyişdirmək imkanı olmamışdır. Bu səbəbdən sığorta hadisəsinin baş verdiyi xx.xx.2020-ci il tarixdə cavabdehin sürücülük vəsiqəsinin müddəti faktiki olaraq başa çatmışdı. Lakin, həmin dövrdə ölkə üzrə sürücülük vəsiqəsinin müddəti bitən şəxslərə xx.xx.2020-ci il tarixdən etibarən sürücülük vəsiqəsinin dəyişdirilməsi imkanının yaradılması bildirilərək xx.xx.2020-ci il tarixədək sürücülük vəsiqələrinin dəyişdirmələri tövsiyyə olunmuş, əks təqdirdə xx.xx.2020-ci il tarixdən etibarən onların nəqliyyat vasitəsini idarə edilməsi üçün verilmiş müddətin bitmiş hesab olunacağı bildirilmişdir. Bu səbəbdən cavabdeh xx.xx.2020-ci il tarixdə müraciət edərək yeni sürücülük vəsiqəsi əldə etmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verdiyi xx.xx.2020-ci il tarixdə cavabdehin sürücülük vəsiqəsinin müddəti bitmiş olsa da, sürücülük vəsiqəsini vaxtında əldə etməməsi onun təqsirindən (qəsd və ya ehtiyatsızlıq) baş verməmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, sığorta hadisəsi anında cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmamasına isnad edilərək ondan subroqasiya qaydasında pul tələb edilməsi əsassızdır. Bundan başqa, “Sübutların mümkünlüyü”ndən bəhs edən Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin prosessual normanın tələbinə əsasən məhkəmə hesab edir ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi halının təsdiqi yalnız səlahiyyətli orqanının bu barədə inzibati tənbeh vermə haqqında qərarı əsasında mümkün ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə etmək özlüyündə inzibati xəta hesab olunur (İXM 332.2 maddə). Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etmiş olsa idi, səlahiyyətli orqan cavabdehin həm də İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul etməli idi. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin avtomobili buna hüququ olmadan idarə etməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, onun İXM-in 332.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi görünmür. İşin bu halını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqanın yolnəqliyyat hadisəsindən sonra cavabdeh barəsində İXM-in 332.2-ci maddəsi ilə protokol tərtib etməməsi, onu həmin maddə ilə təqsirli bilməməsi, cavabdehin həmin vaxt nəqliyyat vasitəsini hüququ olmadan idarə etməsi halını istisna edir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobili hüququ olmadan idarə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmadığından, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilməlidir. Cavabdeh ərizəsində həmçinin iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə, Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğu halda, yəni iddiaçının müvafiq subyektiv hüquqa malik olması, həmin hüququn pozulması və bu pozuntunun cavabdeh tərəfindən edilməsi müəyyən edildiyi halda, iddia müddətinin keçib-keçməməsi məsələsi araşdırıla və iddia müddəti tətbiq edilə bilər. Hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun cavabdeh tərəfindən pozulması müəyyən edilmədiyinə və bununla da iddia tələbi özlüyündə əsassız olduğuna görə iddia müddətinin tətbiq edilməsi məsələsini müzakirə etməyə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №e-2(071)-1052/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1052/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver