Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-122/2024 12.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh kəsilmiş boru xəttinin əvəzi kimi 1185 manat, 4988,37 manat real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 18.000 manat pulun və ödənilmiş dövlət rüsumu olan 165 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Hacıqabul rayon məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(071)-122/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən işə xitam verilmişdir. Belə ki, məhkəmənin gəldi gənaətə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mülki mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Hacıqabul rayon məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(071)-122/2024 saylı qərardadla şikayət təmin edilməyərək şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1150/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş Hacıqabul rayon məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(071)-122/2024 saylı qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin prosessual qanunvericiliyin tələbləri baxımından icraata qəbul edilib-edilməməsi məsələsinin həlli üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1150/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehdən kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, boru xəttinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və əldən çıxmış faydanın əvəzi olan 18.000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-120/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X5 və Cavabdeh iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 128.500 ABŞ dollarının tutularaq iddiaçılara verilməsi, həmin iddia qalan hissədə, iddiaçı “Ramil” X1 iddiası isə bütövlükdə rədd edilmişdir. Daha sonra Şirvan Apellyasiyasiya Məhkəməsinin 2(106)- 1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Akif Qəmbərov və Cavabdeh apellyasiya şikayəti rədd, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, birinci istansiya məhkəməsinin qətnaməsi iddia təmin olunan hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə iddia rədd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya məhkəməsi mülki kollegiyasının 2(106)-1077/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən-iddiaçılar X2 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublun tutulmasına dair iddianın rədd olunan hissədə ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), P.Əhmədov və C.İmanov) iddiaçılar Akif Qəmbərov və Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı Səfəralı oğlundan 128500 ABŞ dolları məbləğində pul ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X3 və Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Akif Qəmbərov və Cavabdeh İddiaçı qarşı dəymiş maddi ziyana görə 239.792- 80.000=159.792 ABŞ dolları, 1.377.152 rus rublu məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), P.Əhmədov və C.İmanov) Hacıqabul Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 128.500 ABŞ dolları məbləğdə pulun ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq iddiaçılar Akif Qəmbərov və Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, iddiaçı Ədalət Qənbərovun cavabdeh Abduəli Qulamovdan “Ramil” X1 alınması ilə bağlı verdiyi 80.000 ABŞ dolları məbləğdə pulun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2486/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, iddiaçılar X5 və Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Həmçinin kollegiya qeyd etmişdir ki, İddiaçı Səfəarali oğlu Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” ilə bağlı tələbinə Hacıqabul rayon Məhkəməsi tərəfindən baxılaraq yekun məhkəmə aktı qəbul edilsə də, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçılar X2 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələblərinə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması hissələrində ləğv edilməklə həmin hissələrdə yeni qərar qəbul edilmiş, iddiaçılar X2 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələbinə dair işin baxılması Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi, qərardad qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı “Ramil” X1 cavabdehlər X3 və Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş 2(102)-2017/2022 saylı mülki işdən çıxarışlar edilərək, baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1274/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadı (hakim N.Misirzadə) ilə, iddiaçı “Ramil” X1 cavabdehlər X3 və Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı “Ramil”Kəndli-Fermer Təsərrüfatının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən həmin qərardaddan narazı qalaraq şikayət verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-97/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1150/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki kollegiya belə qənaətə gəlmişdir ki, yuxarıda qeyd edilən məhkəmə aktlarından görünür ki, İddiaçı Səfəarali oğlunun Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş, yalnız Şirvan Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsinin MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Qərardadda kollegiya həmçinin nəzərə çatdırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2017/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən hazırkı tələbin kommersiya mübahisəsi olması və aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması qənaətinə gəlinməsi, məhkəməni vadar edir ki, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi həll edilərkən məhz hazırkı işin ümumi məhkəmədə və ya kommersiya məhkəməsində baxılması məsələsini də həll etməlidir. Çünki MPM-nin 420-ci maddəsində qeyd olunur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Odur ki, göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin icraata qəbul edilibedilməməsi məsələsinin həlli üçün və aidiyyət qaydalarına riayət edilməsi məqsədi ilə mülki işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı iddiaçının və vəkilinin mülahizəsini öyrənir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili mülki işin məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdilər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, İddiaçı pambıqçılıq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək məqsədilə xx.xx.2017-ci il tarixdə “X4” MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Qeyd olunan müqavilə satıcı olaraq İddiaçı tərəfindən imzalanaraq onun tərəfindən öhdəlik götürülmüşdür. Həmçinin iddiaçının tələblərindən biri də məhz onun sahibkarlıq fəaliyyəti sahəsində əldən çıxmış faydanın əvəzinin cavabdehdən onun xeyrinə tutulmasıdır. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə mülki iş üzrə tərəflərin məlumatdan görünür ki, Cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət reyestrində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və sahibkarlıq üzrə fəaliyyət istiqaməti xam qoyun və keçi südünün istehsalıdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Tural Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh verdiyi izahatında bildirmişdir ki, suvarılan mübahisəli ərazidə özünə məxsus olan 400 ha heyvandarlıq sahəsi vardır. Hacıqabul RİH-nin sərəncamı ilə ona həmin torpaq sahəsinin 3%də yonca əkmək icazəsi verilmişdir. 2010-cu ildə həmin yonca sahəsinin suvarılması məqsədilə 150-160 m uzunluğunda dəmir boru alıb su xətti çəkmək istəmişdir. Həmin yerdə su olmadığından borular sahədə qalmışdır. xx.xx.2018-ci il tarixdə həmin borunu özünə məxsus olan heyvandarlıq yatağına gətirmək məqsədilə 6 yerdən kəsmişdir. Həmin borunun özünə məxsus olan tam yararsız çürümüş boru olduğunu, ondan istənilən məqsədlə istifadə etməyə ixtiyarının çatdığını bildirmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla onlar arasındakı mübahisə bu fəaliyyətin ayrı-ayrılıqda həyata keçirilməsi nəticəsində əmələ gələn deliktdən münasibətlərindən yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarını da nəzərə alaraq qeyd edir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında kommersiya hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan hazırkı tələbə Şirvan Kommersiya Məhkəməsində baxıla bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-122/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-122/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver