Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-1224/2025 21.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında Hacıqabul Rayon Məhkəməsinin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 4185 manat borcun, vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin və 62 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin icraatında İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ələskər oğlu barəsində borc müqaviləsindən irəli gələn öhdəliklər üzrə mübahisəyə dair verilmiş iddia ərizəsi üzrə (iş № e-2(071)-1224/2025) məhkəmə icraatı aparılır. İddiaçı ilə cavabdehlər arasında aparılmış danışıqlar nəticəsində mübahisə məhkəmədənkənar qaydada həll edilmiş, borcun bir hissəsi cavabdehlər tərəfindən könüllü şəkildə ödənilmişdir. Bu səbəbdən mübahisə predmeti faktiki olaraq aradan qalxmışdır. Hazırda iddiaçı məhkəmə icraatının davam etdirilməsində maraqlı olmadığını bildirir. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri tam aradan qalxmadığından və gələcəkdə mümkün mübahisələrin yaranması ehtimalı nəzərə alınaraq, iddia ərizəsinin geri götürülməsi ilə iş üzrə icraata xitam verilməsi deyil, işin baxılmamış saxlanılması daha məqsədəuyğun hesab edilir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 5.1.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə həmçinin qeyd edir ki, ərizə qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildiyi tarixən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-1224/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-1224/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver