Məhkəmə qərarları › İş №e-2(071)-125/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-125/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-125/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək cavabdehdən 10.841 (on min səkkiz yüz qırx bir) manat miqdarında dəymiş maddi zərər, 10.000 (on min) manat miqdarında mənəvi zərər, 153 (yüz əlli üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20.994 (iyirmi min doqquz yüz doxsan dörd) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı valideynləri, həyat yoldaşı və övladları ilə bərabər sadə və sakit həyat keçirən bir ölkə vətəndaşıdır. Lakin, xx.xx.2024-cü il tarixdə onların yaşayışına, sakit və nizamlı həyatlarına ciddi təsir edən bir hadisə baş vermişdir. Belə ki, həmin gün yaxın qohumunun toy məclisi ilə əlaqədar Bakı şəhərindən rayona gedərkən saat 10:47 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu, Karrar kəndi ərazisindən keçən 187-ci km-də Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh “Krone SDP 27” markalı tentli-furqon tipli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Volvo FH 500” yəhərli dartıcı tipli **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətdə idarə edib hərəkətdə olarkən iddiaçının idarə etdiyi “Kia Sorento” markalı **- RN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o və minik avtomobilinin sərnişinləri olan ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin X3 X22 və Təhqiqat Şöbəsinin müstəntiqi X5 qəbul etdiyi 06 noyabr 2024-cü il tarixli qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327-1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar çıxarılması məqsədi ilə qərarın surəti Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrux Xidməti Alayına göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hadisə nəticəsində alınan xəsarətlər əsasən sıyrıqlar, qançırlar, əziklər formasında olduğuna görə sağlamlığa ziyan vurmayan, dərəcəsi müəyyən olunmayan xəsarət kimi qiymətləndirilsə də, nəticədə müəyyən müalicələrə ehtiyac olmuş, xüsusən azyaşlı övladlarının mənəvi-psixoloji vəziyyətinə ciddi təsir etmişdir. Hələ də müxtəlif müalicələr almaqda davam edirlər. Bu hadisə nəticəsində ailəsi gözlənilmədən həm ağır mənəvi stress, həm də maddi ziyan içinə düşmüşdür. Belə ki, hadisə nəticəsində onun avtomobilinə 15.286 (on beş min iki yüz səksən altı) manat həcmində ziyan dəymişdir. Həmin ziyan “X23” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qüsur Aktı və “X18” MMC-nin Qiymətləndirmə və Sığorta Ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 024/025 saylı Qiymətləndirmə haqqında rəylə sübut olunur. Bundan başqa, avtomobili Kürdəmir rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün evakuator xərci olaraq xx.xx.2024-cü il tarixdə 180 (yüz səksən) manat, “X18” MMC-nin rəyi üçün 150 (yüz əlli) manat, “X23” MMC-yə 200 (iki yüz) manat, xx.xx.2024-cü il tarixdə X13 həkim müayinəsi üçün 25 (iyirmi beş) manat ödəniş etmişdir. Əslində ona dəymiş maddi zərər daha artıqdır. Avtomobilə dəymiş maddi ziyanın 5000 (beş min) manatı "xxxx" ASC tərəfindən ona ödənilmişdir. Cavabdeh isə əvvəllər müxtəlif bəhanələr gətirərək, yalan vədlər vermiş, sonradan isə qalan ziyanı ödəməkdən boyun qaçırmışdır. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona ümumilikdə avtomobilə dəymiş ziyana görə 10286 (on min iki yüz səksən altı) manat, evakuator xərci üçün 180 (bir yüz səksən) manat, “X18” MMC-nin rəyi üçün 150 (bir yüz əlli) manat, “X23” MMC-yə 200 (iki yüz) manat, “X19”də həkim müayinəsi üçün 25 (iyirmi beş) manat olmaqla, ümumilikdə 10.841 (on min səkkiz yüz qırx bir) manat ziyan vurulmuşdur. Bundan başqa, cavabdehin törətdiyi inzibati xəta nəticəsində ona və ailəsinə ağır mənəvi stresslərlə müşahidə olunan mənəvi ziyan dəymişdir. Həmin hadisədən sonra övladları da aldıqları stresslərdən sonra “fobiya” əlamətləri qalmışdır. Bu hadisənin nəticəsində bütün yaşayışları pozulmuş, rahatlıqları yox olmuşdur. Cavabdehin bu hərəkəti nəticəsində ona və ailə üzvlərinə fiziki iztirablar formasında mənəvi zərər vurulmuşdur. Bu hadisədən bəri ağır mənəvi sıxıntı içindədirlər. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edib verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş eskpertiza əsasında "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə razıdır. Avtomobilin icbari sığortası əsasında sığorta şirkəti tərəfindən dəymiş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində iddiaçıya ödəniş edilmişdir. Buna dair qəbzi məhkəməyə təqdim etmişdir. Nəqliyyat vasitəsi uzun müddətdir təmirdə olmasına baxmayaraq, təmir işləri yekunlaşmamış, habelə indiyədək iddiaçının xərcləri 11.000 (on bir min) manatı aşmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, qəza nəticəsində iddiaçının övladının xəsarət alması ilə bağlı dərman həblərini almasına dair, eləcə də işə əlavə edilmiş reseptdəki dərman həbinin hansı xəstəliklə bağlı olmasına dair və ailə üzvlərinin nə kimi stress yaşamalarına dair məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin o, məhkəmə hazırlıq iclasında iştirak edərkən verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qismən etiraf edir. Çünki hesab edir ki, qəzanın baş verməsində hər iki tərəfin təqsiri olmuşdur, ona görə də dəymiş zərərin yarısını ödəməyə razıdır. “Kia” servis tərəfindən verilmiş qüsur aktı ilə razı deyil, belə ki, iddiaçı tərəfin öz sözlərindən də görünür ki, avtomobil orada təmir edilməmişdir və hazırda digər servisdə təmir prosesindədir. Ona görə də zərərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 10:47-də Bakı-Qazax yolunun 187 km-də “Volvo FH 500” yəhərli dartıcı tipli **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin X3 X22 və Təhqiqat Şöbəsinin müstəntiqi polis mayoru X5 icraatında olmuş HK-1/-1188 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində toplanmış iş materiallarının təsdiq edilmiş surətləri xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Belə ki, HK-1/-1188 nömrəli material tədqiq edilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10.47 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 187-ci km-də Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh “Krone SDP 27” markalı tentli-furqon tipli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Volvo FH 500” markalı yəhərli dartıcı tipli **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində idarə edib hərəkətdə olarkən avtomobili qarşıda eyni istiqamətdə eyni zolaqda düzünə hərəkətdə olan ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü İddiaçı idarə etdiyi “Kia Sorento” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sorento” markalı avtomobilin sürücüsü İddiaçı və minik avtomobilinin sərnişinləri müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol, fotoşəkillər və hadisə yerinin sxemində görünür ki, sürücü Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 10:47 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən 187-ci kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Krone SDP 27” markalı tentli-furqon tipli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan "xxxx" MMC-yə məxsus “Volvo FH 500” markalı yəhərli dartıcı tipli **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini quraqlıq və işıqlı hava şəraitində Qazax istiqamətində hərəkət hissəsində sağ hərəkət zolağında 76 km/saat sürətlə hərəkət etdirərkən avtomobili qarşıda eyni istiqamətdə eyni zolaqda düzünə hərəkətdə olan İddiaçı 15-20 km/saat sürətlə idarə etdiyi “Kia Sorento” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi toqquşmuşdur. Toqquşma Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarından sola mərkəzi hissəyə doğru 2,2 metr məsafədə baş vermişdir. Hadisə nəticəsində avtomobillər zədələnmiş, minik avtomobilinin sərnişini X6 dərəcəsi təyin olunmayan bədən xəsarəti almışdır. Hadisə zamanı “Krone SDP 27” markalı tentli-furqon tipli **-YC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Volvo FH 500” markalı yəhərli dartıcı tipli **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili tam yüklü olmaqla sərnişin olmamış, “Kia Sorento” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində üç nəfər azyaşlı olmaqla dörd nəfər sərnişin olmuşdur. Materiala əlavə edilmiş Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 490 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1992-ci il təvəllüdlü X7 müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. X7 adına olan tibbi sənəddə göstərilən “sol baldırın, sol çiyinin əziyi” diaqnozu klinik əlamətlərlə müşahidə olunmadığı üçün xəsarət kimi qiymətləndirilməmişdir. Materiala əlavə edilmiş Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 492 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2016-cı il təvəllüdlü X4 müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Materiala əlavə edilmiş Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 493 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2014-cü il təvəllüdlü X1 müayinəsi zamanı onun bədən səthində - sol yanaq nahiyəsinin sıyrığı, sol ayağın üst hissəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Göstərilən xəsarətin küt əşya təsirindən, həmçinin xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcəyi qeyd olunmuşdur. Həmin xəsarətlər sağlamlığa zərərvurmayan olduğundan dərəcəsi təyin olunmamışdır. Materiala əlavə edilmiş Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 494 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 2019-cu il təvəllüdlü X2 müayinəsi zamanı onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “X23” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından müəyyən edilir ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı idarə etdiyi “Kia Sorento” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ilkin baxış zamanı ehtiyyat hissələrinin dəyəri 13.236 (on üç min iki yüz otuz altı) manat və xidmət haqqı dəyəri 2050 (iki min əlli) manat olmaqla, cəmi 15.286 (on beş min iki yüz səksən altı) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan “X19” tərəfindən verilmiş qəbzin surətindən müəyyən edilir ki, pasient İddiaçı göstərilən fizioterapiya xidməti müqabilində sonuncu tərəfindən 25 manat məbləğində ödəniş həyata keçirilmiş, lakin həkim xidmətinin konkret olaraq hansı vaxtda və hansı səbəblərlə həyata keçirilməsi qəbzdə öz əksini tapmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(071)-125/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş və rəydən müəyyən edilmişdir ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Kia Sorento” minik markalı **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) yuvarlaq hesabla 12.796 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan X10 (baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilin mülkiyyətçisi) tərəfindən tərtib olunmuş və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu ərazisində “Volvo” markalı **-JX-*** qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində X8 məxsus “Kia Sorento” markalı **-RN-*** qeydiyyat nişanlı avtomobilə 7820 manat maddi zərər dəymişdir. İcbari sığorta haqqında qanunverciliyə əsasən “Kia Sorento” markalı **-RN-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mülkiyyətçiyə çatacaq olan 5000 manat sığorta ödənişinin ona ödənilməsini xahiş etmişdir. “Birbank” tətbiqdən əldə edilmiş qəbzin surətindən görünür ki, 5000 manat məbləğində sığorta ödənişi X8 məxsus bank hesabına köçürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi mübahisəsizdir. Lakin iddiaçı özəl servis tərəfindən verilmiş qüsur aktına istinad edərək avtomobilə 15.286 manat məbləğində ziyan dəydiyini bildirsə də, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası (mütəxəssis rəyinin alınması üzrə) üzrə verilmiş rəyə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci ümumilikdə 12.796 manat təşkil edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, rəydən müəyyən edilir ki, mütəxəssis yerində avtomobilə baxış keçirmiş və hətta avtomobilin zədələnmiş hissələrinin ümumi görünüşü, dəyişdirilməli olan ehtiyat hissələrinin fotoşəkilləri ayrı-ayrılıqda rəyə əlavə edilmişdir. Qeyd olunan fotoşəkillər və müəyyən edilmiş məbləğ isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası (mütəxəssis rəyinin alınması) üzrə verilmiş rəyə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci ümumilikdə 12.796 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus avtomobilin təmirbərpa xərcinin dəyəri olan 12.796 manat məbləğində pul vəsaitinin 5.000 manatı "xxxx" ASC tərəfindən mülkiyyətçiyə ödənilmişdir. Hazırda avtomobilin təmir-bərpa xərcinin ödənilməmiş qalan hissəsi 7796 manat (12.796-5000=7796) təşkil edir. Odur ki, göstərilənlərə əsasən məhkəmə, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini və "xxxx" ASC tərəfindən mülkiyyətçiyə ödənilmiş sığorta məbləğini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus “Kia Sorento” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 7.796 manat məbləğində pul iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblər sırasında avtomobilin evakuasiya olunması üçün çəkilmiş xərclər, ekspertiza rəylərinə görə ödənilmiş məbləğlər və həkim müayinəsi üçün çəkilmiş xərc yer alır. Bu tələblərin hər biri məhkəmə tərəfindən ayrılıqda təhlil edilmiş və onların hüquqi əsaslı olub-olmaması iş materiallarına, təqdim olunan sübutlara və zərərin məhz yol-nəqliyyat hadisəsi nəticəsində baş verdiyinin sübut olunmasına görə qiymətləndirilmişdir. Belə ki, avtomobilin hadisədən sonra evakuasiya olunması üçün çəkilmiş 180 manat məbləğində xərc üzrə təqdim olunan çek və digər müvafiq sənədlər vasitəsilə bu xərclərin faktiki çəkildiyi və hadisənin nəticəsində zəruri olduğu məhkəmənin qənaətinə gəlmək üçün yetərli sübut hesab edilmişdir. Bu səbəbdən, məhkəmə həmin tələbi əsaslı sayaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməlidir. Avtomobilin hadisə yerindən hərəkətə yararsız vəziyyətdə olduğu və bu səbəbdən evakuator xidmətindən istifadə olunması zərurəti sübuta yetirilmişdir. Həmçinin məsafə və ekakuator xidmətinin orta bazar qiymətlərinə görə tarifi nəzərə alındıqda, 180 manat məhkəmə tərəfindən ağlabatan məbləğ hesab edilir. Eyni zamanda iddiaçı tərəfindən “X23” MMC-yə müraciət edilərək nəqliyyat vasitəsinə dəymiş zərərə dair müvafiq texniki rəy alınmış və həmin rəyə görə 200 manat ödəniş edildiyi barədə sənəd təqdim edilmişdir. Bu rəyin iddia tələbinin əsaslandırılması baxımından əhəmiyyət daşıdığı, avtomobilin texniki vəziyyəti və vurulmuş zərərin dərəcəsi barədə ilkin obyektiv məlumat verdiyi nəzərə alınaraq məhkəmə bu xərci zəruri və əsaslı xərclərdən hesab etmişdir. Müvafiq sənədlərlə rəyin məhz hadisə nəticəsində dəymiş zərərin təhlilinə yönəldiyi və iddianın sübutlandırılması üçün istifadə olunduğu təsdiqlənmişdir. Odur ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin iddiaçının əlavə olaraq “X18” MMC-yə müraciət edərək eyni hadisə ilə bağlı ikinci bir ekspert rəyini əldə etməsi və bunun müqabilində 150 manat ödəməsi məhkəmə tərəfindən əsassız xərcləmə kimi qiymətləndirilmişdir. Belə ki, artıq bir dəfə “X23” MMC tərəfindən zərərə dair ekspert rəyinin verildiyi və bu rəyin iş üçün kifayət qədər sübut xarakteri daşıdığı şəraitdə iddiaçının yenidən digər bir kommersiya qurumuna müraciət etməsi və eyni məzmunlu ikinci bir rəy əldə etməsi hüquqi baxımdan zərurət doğurmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, əgər tərəf özbaşına çoxsaylı alternativ ekspert rəyləri əldə etməyə qərar verərsə, bu halda həmin xərclərin hamısının digər tərəfdən, yəni cavabdehdən tələb olunması prinsip etibarilə ədalət və hüquqi qənaət prinsiplərinin mahiyyətinə zidd olardı. Bu, prosessual hüquqlardan sui-istifadə halı kimi qiymətləndirilə bilər və nəticədə cavabdeh üçün əsassız maliyyə yükü yaradardı. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan başqa, iddiaçının təqdim etdiyi və “X21”yə aid olan 25 manatlıq tibbi xidmət qəbzi ilə bağlı tələbi də məhkəmə tərəfindən təmin edilməməlidir. Hərçənd ki, bu sənəd iddiaçı tərəfindən təqdim olunmuşdur və rəsmi qəbz formasında rəsmiləşdirilmişdir, lakin həmin xidmətin məhz yol-nəqliyyat hadisəsi nəticəsində yaranmış ehtiyacla əlaqədar olması iş materiallarında sübuta yetirilməmişdir. Qəbzdə göstərilən xidmətin məzmunu və onun hadisə ilə səbəb-nəticə əlaqəsini müəyyən edən hər hansı tibbi rəy və ya digər obyektiv sübut təqdim olunmamışdır. Həmin müayinəni hadisə ilə bağlı ümumi narahatlıq səbəbilə həyata keçirdiyi və ya başqa səbəbdən müraciət etdiyi müəyyən olunmadığından, bu tələbin hadisədən irəli gələn zərər kimi qiymətləndirilməsi və cavabdehdən ödənilməsi mümkün deyil. Məhkəmə belə hallarda zərərin birbaşa hadisə nəticəsində baş verdiyini və onun labüdlüyünü göstərən dəqiq və əsaslandırılmış sübutların təqdim olunmasını vacib hesab edir. Yuxarıda sadalananları nəzərə alaraq, məhkəmə yalnız evakuator xərci və “X23” MMC-nin verdiyi texniki rəyə görə çəkilmiş xərclərin təmin olunmasını əsaslı saymış, digər təqdim olunmuş tələblərin isə sübut olunmadığını və cavabdehdən tələb edilməsinin hüquqi əsaslarının olmadığını müəyyən etmişdir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı eyni zamanda baş vermiş hadisə nəcitəsində ona və ailə üzvlərinə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına görə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəyməsi ilə yanaşı, eyni zamanda həmin vaxt avtomobildə olan azyaşlı övladı X1 xəsarət alması faktı ekspert rəyi ilə öz təsdiqini tapır. İddiaçının ailə üzvlərinə vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, mənəvi zərərlə bağlı tələb şəxsə bağlı hüquq olduğundan, iddiaçının ailə üzvləri adından onlara vurulmuş mənəvi zərərə görə məhkəmədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Lakin məhkəmə iddiaçının özünə münasibətdə hadisə zamanı azyaşlı övladının xəsarət almasını, iddiaçının həmin vaxt övladı üçün keçirdiyi narahatçılığı, həmçinin hadisədən bir neçə saat sonra övladının həkim müayinəsindən keçməsini nəzərə alaraq hesab edir ki, iddiaçının hadisə zamanı övladı üçün mənəvi sarsıntı keçirməsi istisna edilmir. Lakin iddiaçı hansı əsasla ona dəymiş mənəvi zərəri 10.000 manat qiymətləndirməsini kifayət qədər əsaslandıra bilməmiş və məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının özünə münasibətdə ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ağlabatan hissədə qismən, yəni 500 manat məbləğində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 106,76 (yüz altı manat yetmiş altı qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 7.796 (yeddi min yeddi yüz doxsan altı) manat, çəkilən xərclərə görə 380 (üç yüz səksən) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, cəmi 8676 (səkkiz min altı yüz yetmiş altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 106,76 (yüz altı manat yetmiş altı qəpik) manat məbləğində pul İddiaçı oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, mütəxəssis rəyinin alınması ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 7.796 (yeddi min yeddi yüz doxsan altı) manat, çəkilən xərclərə görə 380 (üç yüz səksən) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, cəmi 8676 (səkkiz min altı yüz yetmiş altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 106,76 (yüz altı manat yetmiş altı qəpik) manat məbləğində pul İddiaçı oğlunun xeyrinə tutulsun. Mütəxəssis rəyinin alınması ilə bağlı "xxxx" MMC-yə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar