Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1305/2024 29.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (Kərimov Vladik Yusub oğlunun qanun üzrə vərəsələri) 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 199,71 manat, faiz borcuna görə 50,56 manat olmaqla, cəmi 250,27 manat və 16 iyun 2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2722,99 manat, faiz borcuna görə 35,91 manat olmaqla, cəmi 2758,90 manat olmaqla, ümumilikdə 3009,17 manat məbləğində pulun və 51 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə borclu Kərimov Vladik Yusub oğlu arasında bağlanmış 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 200 manat məbləği limitində cavabdehə kredit xətti açılmışdır. İddiaçı ASC-nin Mərkəz filialı ilə borclu Kərimov Vladik Yusub oğlu arasında bağlanmış 16 iyun 2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə və 16 iyun 2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən borcun məbləği əsas borcuna görə 199,71 manat, faiz borcuna görə 50,56 manat olmaqla, cəmi 250,27 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən 16 iyun 2020-cu il tarixli, MFNPU-6307saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 2722,99 manat, faiz borcuna görə 35,91 manat olmaqla, cəmi 2758,90 manat təşkil edir. Hacıqabul Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Kərimov Vladik Yusub oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Kərimov Vladik Yusub oğlunun xx.xx.2021-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə və 16 iyun 2020cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsələrindən tələb edir. Hacıqabul Rayon notariat ofisinin məktubu ilə xx.xx.2022-ci il tarixli 2V-67, 2V-68, 2V-69 reyestr nömrəli X1 hüququ haqqında şəhadətnamələrin surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixli 2V-67, 2V-68, 2V-69 reyestr nömrəli X1 hüququ haqqında şəhadətnamələrə əsasən borclunun qanun üzrə vərəsələri – Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dur. Bu səbəbdən 8 iyun 2020-cu il tarixli, MFKRK- 1904 saylı kartmane xidməti üzrə müqaviləyə və 16 iyun 2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə Kərimov Vladik Yusub oğlunun qanun üzrə vərəsələri – Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin onlar qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Kərimov Vladik Yusub oğlu arasında bağlanmış xx.xx.2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 200 manat məbləği limitində Kərimov Vladik Yusub oğluna kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Kərimov Vladik Yusub oğlu arasında bağlanmış xx.xx.2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışa əsasən Kərimov Vladik Yusub oğlunun qanuni vərəslərinin 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən borcun məbləği əsas borcuna görə 199,71 manat, faiz borcuna görə 50,56 manat olmaqla, cəmi 250,27 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışa əsasən Kərimov Vladik Yusub oğlunun qanuni vərəslərinin 16 iyun 2020-cu il tarixli, MFNPU-6307saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 2722,99 manat, faiz borcuna görə 35,91 manat olmaqla, cəmi 2758,90 manat təşkil edir. İş materiallarında olan Hacıqabul Rayon Notariat ofisi tərəfindən verilmiş “X1 Hüququ” haqqında şəhadətnamələrin surətlərinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Kərimov Vladik Yusub oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notorial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Kərimov Vladik Yusub oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 25i nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, iddiaçı ilə Kərimov Vladik Yusub oğlu arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul edilmişdir. Beləliklə, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 199,71 manat, faiz borcuna görə 50,56 manat olmaqla, cəmi 250,27 manat və 16 iyun 2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2722,99 manat, faiz borcuna görə 35,91 manat olmaqla, cəmi 2758,90 manat olmaqla, ümumilikdə 3009,17 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8 iyun 2020-cu il tarixli, MFKRK-1904 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 199,71 manat, faiz borcuna görə 50,56 manat olmaqla, cəmi 250,27 manat və 16 iyun 2020-cu il tarixli, MFNPU-6307 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2722,99 manat, faiz borcuna görə 35,91 manat olmaqla, cəmi 2758,90 manat olmaqla, ümumilikdə 3009,17 (üç min doqquz manat on yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 51 (əlli bir) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-1305/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1305/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver