Məhkəmə qərarları › İş №e-2(071)-156/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-156/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-156/2024 05.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 cə Cavabdeh2 qarşı ““borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas məbləğ üzrə 3591,56 manat, faiz borcu üzrə 351,55 manat və cərimə borcu 76,23 manat olmaqla, cəmi 4019,34 manat pulun və 60,20 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən borcalan Əlimuxtar Əhmədov bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 22% ödəmək şərti ilə aldığı 4200 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 3591,56 manat, faiz borcu üzrə 351,55 manat və cərimə borcu üzrə 76,23 manat təşkil edir. Borcalan xx.xx.2023-cü ildə vəfat edib və mirasını qəbul etmiş vərəsələri aşkar edilməyib. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün zaminlik müqaviləsinə əsasən borcalanın öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh2 və Cavabdeh1 pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə X3 (borcalan) arasında xx.xx.2023-cü il tarixli, kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 18 ay müddətinə və illik 22 faiz dərəcəsi ilə 4200 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməyi, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndində nəzərdə tutulmuşdur ki, borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəyir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtinə əsasən zaminlər, Bank ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli 267 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borclu X1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 3591,56 manat, faiz borcu üzrə 351,55 manat və cərimə borcu üzrə 76,23 manat olmaqla, cəmi 4019,34 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə X3 (borcalan) arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı borcalana 18 ay müddətinə illik 22% ödəmək şərti ilə 4200 manat kredit vermişdir. Eyni zamanda, iddiaçı ilə cavabdehlər arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdehlər, iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Borcalan xx.xx.2023-cü il tarixdə ölmüşdür. Təqdim edilmiş maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə borcalanın iddiaçıya 3591,56 manat əsas borcu, 351,55 manat faiz borcu və 76,23 manat cərimə olmaqla, cəmi 4019,34 manat borcu vardır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcalan şəxs ölmüş olsa da, cavabdehlər kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, yəni iddiaçı qarşısında borcalanın öhdəliyinə görə eyni həcmdə və birgə məsuliyyət daşıdıqlarından, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd olunur ki, bBorclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcalan şəxsin ölmüş olması, cavabdehlərin zamin kimi öhdəliklərinə xitam vermir və onlar iddiaçı qarşısında kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə görə birgə məsuliyyət daşıyırlar. Odur ki, kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və cərimə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3591,56 manat əsas borc, 351,55 manat faiz borcu və 76,23 manat cərimə olmaqla, cəmi 4019,34 manat (dörd min on doqquz manat, otuz dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,20 manat (altmış manat, iyirmi qəpik) pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar