Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-233/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı nümayəndəsi “Ədalət” vəkil bürosunun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə 3181 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 51,81 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan “Hyundai Grandeur” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək hüququnu etibarnamə ilə X1 vermişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi AFFA restoranının qarşısında baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil T.Məmmədovun idarə etdiyi “Hyundai Grandeur” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncuya maddi ziyan dəymişdir. Hacıqabul RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli TP6143316 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qədirov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Eyni zamanda, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman “Chevrolet Cruze” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olmamış və bu səbəbdən iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən qarşılanmamışdır. Bu səbəbdən ona dəymiş zərərin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi “Ədalət” vəkil bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi AFFA restoranının qarşısında baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Chevrolet Cruze” markalı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus “Hyundai Grandeur” markalı **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncuya maddi ziyan dəymişdir. Həmin vaxt onun avtomobilinin icbari sığortası olmamasından məlumatlı olmamış, hadisədən sonra bu hal ona məlum olmuşdur. Cavabdeh əlavə olaraq onuda bildirdi ki, avtomobillərin toqquşması zamanı iddiaçıya məxsus avtomobilin qabaq işıq farası zədələnməmişdir. Buna baxmayaraq qüsur aktında avtomobilin qabaq sol farasının zədələndiyi və onun yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. Odur ki, hesab edir ki, avtomobilin sol qabaq farasının dəyəri olan 1541 manat pul ondan tutulmamalı və iddia həmin hissədə təmin edilməməlidir. Bu halın sübutu kimi hadisədən dərhal sonra iddiaçıya məxsus avtomobilin fotoşəklini təqdim edə bilər. İddia ərizəsində qeyd edilən iddiaçıya məxsus avotomobilə dəymiş digər zərərin onun təqsiri nəticəsində baş verdiyini etiraf etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Hacıqabul şəhəri H.Həmidov küçəsi AFFA restoranının qarşısında baş vermişdir. Hadisə cavabdehin idarə etdiyi avtomobillə manevr etmə qaydalarını pozması nəticəsində baş vermişdir. İş materiallarında olan ƏN-Vİ№ 816711 saylı etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Hyundai Grandeur” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2031-ci il tarixədək idarə etmək məqsədilə X1 vermişdir. İş materiallarında olan DİN-nin BDYPİ-nin Qİİ-i tərəfindən verilmiş SVBB114415 nömrəli xx.xx.2021-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, X1 B1,B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan DİN-nin BDYPİ-nin Qİİ-i tərəfindən verilmiş BD502450 nömrəli xx.xx.2021-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh B1,B, C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Grandeur” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “AUTO BADAMDAR” firmasının verdiyi aktdan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Grandeur” markalı **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3181 manat təşkil edir. Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsindən sonra iddiaçıya məxsus“Hyundai Grandeur” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq tərəfdən çəkilmiş fotoşəkli məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, avtomobilin sol qabaq farasının şüşəsi zərbənin təsirindən sınmış və hazırda istifadəyə yararsızdır. Odur ki, məhkəmə cavabdehin iddianın avtomobilin sol qabaq farasının qiymətinə mütənasib, yəni 1541 manat azaldılması tələbini əsassız hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2023cü il tarixdə saat 22:30 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi AFFA restoranının qarşısında Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq iddiaçıya məxsus etibarnamə ilə X2 tərəfindən idarə edilən “Hyundai Grandeur” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncuya 3181 manat maddi ziyan dəymişdir. Hadisənin baş verməsində cavabdeh Qədirov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Burdan məlum olur ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsirindən baş vermişdir. Eyni zamanda, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman “Chevrolet Cruze” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olmamış və bu səbəbdən iddiaçıya dəymiş zərər cavabdeh tərəfindən qarşılanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilə dəymiş 3181 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tam təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 51,81 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 3181 (üç min yüz səksən bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,81 (əlli bir manat səksən bir qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-233/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-233/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver