Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-316/2024 14.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 917 AİF nömrəli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 41865.02 AZN əsas borc, 530.85 AZN faiz borcu olmaqla, cəmi 42395.87 AZN məbləğində kredit borcunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı 51 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 217,19 manat dövlət rüsumunun tutulmasını, cavabdehg Cavabdeh məxsus olan və ünvan 1 ünvanında yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 73.22 kv.m, yaşayış sahəsi 50.15 kv.m, yardımçı sahəsi 23.07 kv.m olan mənzilə (DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Seriya RX № 0599370, Reyestr nömrəsi **********33-05101-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015) tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına İddiaçı ASC-yə olan kredit borcu və dövlət rüsumunun ödənilməsi və Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 73.22 kv.m, yaşayış sahəsi 50.15 kv.m, yardımçı sahəsi 23.07 kv.m olan mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, habelə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmışxx.xx.2015-ci il tarixli, 917 AİF nömrəli Kredit müqaviləsinə əsasən, Cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 360 ay müddətinə, illik 4 faiz olmaqla 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC müflis elan olunduğu və barəsində ləğv etmə prosesi başlanıldığı səbəbindən ipoteka krediti olan aktivləri üzrə tələb hüququ "xxxx" ASC-yə rəsmi qaydada ötürülmüşdür. Lakin, sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan olunmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdehilə xx.xx.2015-ci il tarixli, AS-İP-917 AİF Alğı-satqı və ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan ünvan 1 ünvanında yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 73.22 kv.m, yaşayış sahəsi 50.15 kv.m, yardımçı sahəsi 23.07 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir (DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Seriya RX № 0599370, Reyestr nömrəsi **********33-05101-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015). Bildiririk ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və İddiaçı ASC arasında bağlanılmış“ 11” iyun 2018-ci il tarixli 12 saylı xidmət müqaviləsinin “19” may 2020-ci il tarixli xx/xx-2020 saylı əlavəsinə əsasən, ləğvetmə prosesində olan "xxxx" ASCnin ipoteka krediti olan aktivləri üzrə xidmətlərin göstərilməsi hüququ İddiaçı ASC-yə verilmişdir. Əlavə olaraq bildiririk ki, Cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etməməsi səbəbindən kredit üzrə tələb hüquqları Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditə xidmət göstərən İddiaçı ASC-yə geri ötürülmüşdür, həmin tarixdə Fond tərəfindən kredit vəsaiti İddiaçı ASC-yə məxsus hesabdan akseptsiz qaydada silinmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında 41865.02 (qırx bir min səkkiz yüz altmış beş manat, iki qəpik) AZN əsas borc, 530.85 (beş yüz otuz manat, səksən beş qəpik) AZN faiz borcu olmaqla, cəmi 42395.87 (qırx iki min üç yüz doxsan beş manat, səksən yeddi qəpik) AZN məbləğində öhdəliyi mövcuddur. Bildiririk ki, dəfələrlə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə kredit borcunu vaxtında və tam şəkildə qaytarmayaraq müqavilə şərtlərini pozmaqda davam edirlər. Cavabdehə dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin icra olunmaması səbəbindən ünvan 1 ünvanında yerləşən 4 (dörd) otaqlı, ümumi sahəsi 73.22 kv.m, yaşayış sahəsi 50.15 kv.m, yardımçı sahəsi 23.07 kv.m olan mənzil ə (yəni ipoteka predmetinə) tutmanın yönəldilməsi zərurəti yaranmışdır. 08 yanvar 2024-cü il tarixli O- 2024-0025/BO nömrəli bildirişlə İddiaçı tərəfindən Cavabdeh tələbin məhkəmə yolu ilə ipoteka predmetinə yönəldilməsinə dair xəbərdarlıq edilmiş və cavabdehin banka olan kredit borcu, dövlət rüsumu və qanunvericilikdə nəzərdə tutulmuş digər xərclər ipoteka predmetinin satışından alınacaq vəsaitdən tutulacağı bildirilmişdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2024cü il tarixli müraciətlə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmiş və xx.xx.2024-cü il tarixində bildiriş qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, borc 42395 manat olub. Cavabdeh verildikdən sonra ödəniş edib. Ümumi 50000 ödəyib. 2015-ci ildə krediti götürmüşdür. Borcla bağlı dəfələrlə əlaqə saxlasalarda cavabdeh heç bir borcu ödəməmişdir. Edilən ödənişlər həmin gün borcan silinmişdir. Xeyli müddətdir ki cavabdeh borcunu ödəməyib və ödəməkdən boyun qaçırır. Cavabdehin 41865 manat borc və 203 manat olmaqla cəmi 42068 manat ümumi borcu vardır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2015-cü il tarixli, AS-İP-917 AİF saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 73.22 kv.m, yaşayış sahəsi 50.15 kv.m, yardımçı sahəsi 23.07 kv.m olan mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2015-cü il tarixli, 917 AİF nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 20.9-cu bəndinə əsasən Bank 50000 manat kredit məbləğini 360 ay müddətinə, 4 faiz ödəmək şərti ilə borcalana vermiş, borcalan isə krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.7-ci bəndində göstərilmişdir ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövrliyini 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank müqaviləyə birtərəfli qaydada xitam verə bilər və kreditin qalıq məbləğini kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmçinin, müqavilənin 2.8-ci bəndində göstərilmişdir ki, borcalan kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin 40 %-i miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 917 AİF saylı kredit müqaviləsi üzrə 41865.02 AZN əsas borc, 530.85 AZN faiz borcu olmaqla, cəmi 42395.87 AZN manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin predmeti olan pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini, ona hesablanmış faiz və cərimə borcunun qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, məhkəmə xərcinə daxil olan və ödənilmiş 217,19 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 917 AİF saylı kredit müqaviləsi üzrə yaranmış 41865.02 AZN əsas borc, 530.85 AZN faiz borcu olmaqla, cəmi 42395.87 AZN manat (qırx iki min üç yüz doxsan beş manat səksən yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 217,19 manat (iki yüz on yeddi manat on doqquz qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-316/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-316/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver