Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-317/2025 22.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5338,05 manat əsas borc, 106,40 manat faiz borcu, 30,49 manat cərimə borcu olmaqla, cəmi 5474,94 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75,75 manat məbləğində pulun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış SR/00298-24 nömrəli, 17 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə azalan balansla illik 30% ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış SR/00298-24 nömrəli, 17 may 2024-cü il tarixli girov müqaviləsinə əsasən ona məxsus ümumi çəkisi 48,6 qram və dəyəri 2430 manat olan qızıl-zinət əşyaları Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Eləcə də bu borcun təminatı olaraq Cavabdeh2 ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi SR/00298-24 nömrəli, 17 may 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehlərə borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl zinət əşyalarının satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borcu ödəmək imkanı olmadığını bildirərək, borcu ödəməkdən imtina etmişlər. Odur ki, Cavabdeh1 SR/00298-24 nömrəli, 17 may 2024-cü tarixli kredit müqaviləsi üzrə öhdəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək satılıb borcunun bir hissəsinə ödənilmiş və qalan bocun ödətdirilməsi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 14 fevral 2025-ci il tarixə 5338,05 manat əsas borc, 106,40 manat faiz borcu, 30,49 manat cərimə borcu olmaqla, cəmi 5474,94 (beş min dörd yüz yetmiş dörd manat doxsan dörd qəpik) manat məbləğində borc yaranmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək mülki işlə əlaqədar məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Həmçinin məhkəmə bildirişi cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış SR/00298-24 nömrəli, 17 may 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank – Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən müştəriyə – Cavabdeh1 24 ay müddətinə azalan balansla, illik faiz dərəcəsi 30% olmaqla, 10.000 manat kredit vermiş, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh2 ilə SR/00298-24 nömrəli, 17 may 2024-cü il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 əsas borclu Cavabdeh1 qeyd olunan kredit öhdəliyinə zamin durmuşdur. İş materiallarına əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 67 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış SR/00298- 24 nömrəli, 17 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 5338,05 manat əsas borc, 106,40 manat faiz borcu, 30,49 manat cərimə borcu olmaqla, cəmi 5474,94 manat məbləğində borcu vardır. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən əsas kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 zamin kimi onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, ödənilmiş 75,75 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5338,05 manat əsas borc, 106,40 manat faiz borcu, 30,49 manat cərimə borcu olmaqla, cəmi 5474,94 (beş min dörd yüz yetmiş dörd manat doxsan dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75,75 (yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5338,05 manat əsas borc, 106,40 manat faiz borcu, 30,49 manat cərimə borcu olmaqla, cəmi 5474,94 (beş min dörd yüz yetmiş dörd manat doxsan dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75,75 (yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-317/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-317/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver