Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-4/2025 12.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək cəmi 22581,64 manat – bundan 8485,96 manat məbləğində əsas borc, 5806,23 manat məbləğində faiz borcu, 5448,01 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2841,44 manat faiz borcu və iş üzrə ödənilmiş 158 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh1 sərəncamında və istifadəsində olan Hacıqabul şəhəri, M.F.Axundov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nəsirov Rövşən Nəsir oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 24% (iyirmi dörd) ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh Nəsirov Rövşən Nəsir oğlu ilə həmin tarixdə 0062/14 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Nəsirov Rövşən Nəsir oğluna məxsus olan, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəsirov Rövşən Nəsir oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Nəsirov Rövşən Nəsir oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Borclunun Kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyini nəzərə alaraq Bank məhkəməyə müraciət etmişdir. Borcun qaytarılması məqsədi ilə tərəfimizdən Hacıqabul Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli,2(071)-822/2023 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Nəsirov Rövşən Nəsiroğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş Nəsirov Rövşən Nəsiroğlu vəfat etdiyi səbəbindən üzrə icraata xitam verilmişdir. Bank tərəfindən vəfat etmiş Nəsirov Rövşən Nəsir oğlunun hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş Nəsirov Rövşən Nəsir oğlunun mümkün hüquqi varisləri qanuna müfaviq rəsmi şəkildə Bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələr də faktiki olaraq həmin miras əmlakını qəbul etmişlər və hal-hazırda da həmin əmlak onların sərancamında və istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xidmətləri səhifəsindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Nəsirov Rövşən Nəsir oğlunun hüquqi varisləri müəyyən edilmişdir və onun ölümündən sonra onun əmlakı üzrə vərasəlik şəhadətnaməsi verilməmişdir. Belə olan halda kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə Nəsirov Rövşən Nəsir oğlunun Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh1 və Nəsirov Bakıxan Rövşən oğlu tərəfindən icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar. Nəzərinizə çatdıraq ki, Nəsirov Rövşən Nəsir oğlu ilə imzalanmış xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləsi üzrə 8.485,96 manat məbləğində əsas borc, 5.806,23 manat məbləğində faiz borcu, 5.448,01 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7- ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2.841,44 manat faiz məbləği, ümumilikdə isə 22.581,64 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə Nəsirov Rövşən Nəsir oğlunun Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh1 və Nəsirov Bakıxan Rövşən oğlu tərəfindən icra olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, mülki iş üzrə keçirilmiş ekspertiza rəylərində qeyd olunanlarla razıdır. İddia tələbi təmin olunacağə təqdirdə cavabdehlərlə ödəniş barədə razılaşma edə biləcəklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Kredit borcunu ayda 100 manat olmaqla ödəniş etməyə imkanı çatdığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nəsirov Rövşən Nəsir oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 24% (iyirmi dörd) ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2014-cü il tarixdə cavabdeh Nəsirov Rövşən Nəsir oğlu ilə 0062/14 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Nəsirov Rövşən Nəsir oğluna məxsus olan, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və mülki iş üzrə Cavabdeh1 imzası ilə Hacıqabul Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş razılıq ərizəsindən müəyyən edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə əri Nəsirov Rövşən Nəsir oğluna məxsus olan, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinin onun tərəfindən İddiaçı ASC-də ipoteka (girov) qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən müəyyən edilir ki, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evi Nəsirov Rövşən Nəsir oğluna məxsusdur. İş materiallarında olan Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 65 nömrəli sənəddən görünür ki, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evində hazırda kimlərin qeydiyyatda olması barədə Hacıqabul Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində heç bir məlumat yoxdur. Hal-hazırda həmin ünvanda yaşayan ailə üzvləri Nəsirova Yaxşı xanım Babahəsən qızı -1960-cı il təvəllüdlü, Nəsirov Bakıxan Rövşən oğlu - xx.xx.1983-cü il təvəllüdlü, X2 - xx.xx.1987-ci il təvəllüdlü, Nəsirov Mirmehdi Bakıxan oğlu - xx.xx.2007-ci il təvəllüdlü, Nəsirova Nərgiz Bakıxan qızı - xx.xx.2009-cu il təvəllüdlü, Nəsirli Səbuhi Bakıxan oğlu xx.xx.2016-cı il təvəllüdlü. İş materiallarında olan pretenziya bildirişinə əsasən mirası faktiki olaraq qəbul etmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 pretenziya bildirişi göndərilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nəsirov Rövşən Nəsir oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləyə əsasən yaranmış borcun 3 gün müddətində banka ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(071)-822/2023 saylı qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh Nəsirov Rövşən Nəsir oğluna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata Nəsirov Rövşən Nəsir oğlunun vəfat etməsi səbəbilə xitam verilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(071)-1004/2023 saylı qərardadına əsasən mülki iş üzrə Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinin likvid və real bazar qiymətinin öyrənilməsi məqsədilə qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə tapşırılmış və iş üzrə icraat dayandırılmışdır. Sözügedən ekspertiza ekspertiza xərcinin ödənilməməsi səbəbilə aparılmamışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(071)-40/2024 saylı qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(071)-40/2024 saylı qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Cavabdeh1 əl imzasının və yazısının müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məlumat sənədinə əsasən müəyyən edilmişdir ki, ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(071)-40/2024 saylı qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(071)-40/2024 saylı qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılmış, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinin likvid və real bazar qiymətinin öyrənilməsi məqsədilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10/100 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinin yerləşdiyi ərazilərdə sözügedən yaşayış yerinə uyğun olan hər hansı fərdi yaşayış evinin satışına dair məlumat olmadığından yaşayış evinin likvid və real bazar qiymətinin öyrənilməsi mümkün olmamışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(071)-4/2025 saylı qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(071)-4/2025 saylı qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılmış, Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinin likvid və real bazar qiymətinin öyrənilməsi məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0223 saylı hesabatı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qiymətləndirmə ekspertizasının nəticəsinə əsasən Hacıqabul şəhəri, X3 küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 93A saylı fərdi yaşayış evinin bazar dəyəri 40.000 manat, likvid dəyəri isə, 36.000 manat olaraq qiymətləndirilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(071)-4/2025 saylı qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin maddənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin maddənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, borclu Nəsirov Rövşən Nəsir oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, bankla borclu arasında kredit müqaviləsi imzalanmış və həmin tarixdə kredit müqaviləsi öhdəliyinin icrasının təmin edilməsi məqsədilə girov müqaviləsi imzalanmışdır. Girov qoyan şəxslə fərdi yaşayış evində birgə yaşayan yoldaşı Cavabdeh1 razılıq ərizəsi ilə bunu qəbul etmişdir. Borclu şəxs banka olan öhdəliyini icra etməkdən boyun qaçırmış və borcu ödəmədiyi üçün İddiaçı ASC məhkəməyə müraciət etmişdir. X5 Nəsir oğlu 2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, kredit borcu miras passivi hesab olunur. Mülki Məcəllənin tələblərinə əsasən miras əmlakı qəbul etmiş şəxs və ya şəxslər həmin əmlakı aktiv və passivlərlə birlikdə qəbul edir. Nəsirov Rövşən Nəsir oğlunun mirasını faktiki olaraq qəbul edən, yəni ondan istifadə edən qulluq göstərən şəxslər müvafiq olaraq onun həyat yoldaşı və oğlu - Cavabdeh1 və Cavabdeh2dur. Odur ki, iddiaçının vəfat etmiş şəxsin borcunun onlardan tələb edilməsində haqlıdır. Məhkəmə bundan başqa hesab edir ki, tələb olunan cərimə borcu əsas borca nisbətdə tənasübsüz olduğundan məhkəmə cərimə borcunu əsas borcun 7 faizi məbləğində tutulmasını əsaslı hesab edir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləsi üzrə 8485,96 manat məbləğində əsas borc, 5806,23 manat məbləğində faiz borcu, 594,01 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2841,44 manat faiz borcu olmaqla, cəmi 17.727,64 (on yeddi min yeddi yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 143,18 (yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanını tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Nəsirov Rövşən Nəsir oğlu tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Belə ki, “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakların likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iddia tələbinin tutulacaq borcun ipotekaya qoyulmuş daşınmaz əmlaklara yönəldilməsi hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından əsaslı olduğundan təmin edilməli və tutma ilkin satış qiyməti 36.000 (otuz altı min) manat olmaqla Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 185,1 m2 sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Eyni zamanda, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyulan əmlak üzrə mülkiyyətçi Cavabdeh1 qaytarılsın. Mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin qeyd edir ki, Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza xərci kimi müəyyən edilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada "xxxx" MMC-nin hesabına (Meyar Ekspertiza MMC, VÖEN **********, AZ74RBTA**********0944629744, Kod 507280, Müxbir hesab AZ61NABZ********************, S.W.İ.F.T. RBTAAZ22, TİN **********) və keçirilmiş məhkəmə-tikinti-texniki ekspertiza xərci olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 0464/14 saylı kredit müqaviləsi üzrə 8485,96 manat məbləğində əsas borc, 5806,23 manat məbləğində faiz borcu, 594,01 manat məbləğində cərimə borcu, AR MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 2841,44 manat faiz borcu olmaqla, cəmi 17.727,64 (on yeddi min yeddi yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 143,18 (yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti 36.000 (otuz altı min) manat olmaqla Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 185,1 m2 sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyulan əmlak üzrə mülkiyyətçi Cavabdeh1 qaytarılsın. Mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza xərci kimi müəyyən edilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada "xxxx" MMC-nin hesabına (Meyar Ekspertiza MMC, VÖEN **********, AZ74RBTA**********0944629744, Kod 507280, Müxbir hesab AZ61NABZ********************, S.W.İ.F.T. RBTAAZ22, TİN **********) ödənilsin. Keçirilmiş məhkəmə-tikinti-texniki ekspertiza xərci olan 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-4/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-4/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver