Məhkəmə qərarları › İş №e-2(071)-444/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-444/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-444/2023 12.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6871,34 manat əsas borc, 178,75 manat faiz borcu olmaqla, cəmi 7050,09 manat borcun və ödənilmiş 90,51 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında 30 noyabr 2020-ci il tarixli 56 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 7112,24 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində "xxxx" QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" QSCnin Salyan filialı ilə Cavabdeh1 arasında və Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas və faiz borcundan ödəniş etməmişdir, Bununla da cavabdeh Məmmədov X1 müqavilesinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh2 "xxxx" QSC-ye olan əsas borcu 6871,34 manat, faiz borcu 178,75 manat olmaqla, cəmi borcu 7050,09 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2, onun zaminləri X3 və Cavabdeh3 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq İazımi nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli, 56 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 7112,24 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.7-ci bəndində göstərilir ki, bu müqavilə üzrə kredit ödənişləri tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək qalıq borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. İş materiallarından görünür ki, 30 noyabr 2020-ci il tarixli, 56 saylı restrukturizasiya müqaviləsinin təminatı olaraq İddiaçı QSC bank olmayan kredit Təşkilatının Salyan filialı ilə zamin Cavabdeh1 arasında 30 noyabr 2020-ci il tarixli, 56 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin, QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli 56 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, 30 noyabr 2020-ci il tarixli, 56 saylı restrukturizasiya müqaviləsinin təminatı olaraq İddiaçı QSC bank olmayan kredit Təşkilatının Salyan filialı ilə zamin Cavabdeh3 arasında 30 noyabr 2020-ci il tarixli, 56-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin, QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli 56 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan borc haqqında məlumatdan (maliyyə arayışı) görünür ki, Cavabdeh2 30 noyabr 2020-ci il tarixli 56 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT QSC-yə 6871,34 manat əsas, 178,75 manat faiz borcu olmaqla, cəmi 7050,09 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 müqavilə üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Buna görə də iddiaçının müqaviləni ləğv etmək, borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə, qeyd edilməlidir ki, iddiaçı tərəfindən kredit məbləği üçün tələb edilən faizlərin miqdarı düzgün hesablanmamışdır. Hazırkı müqavilənin şərtlərinə görə borclu kreditora istifadəsində qalan əsas pul məbləğinin illik bir faizinin hazırki dövrədək olan müddəti üçün (ödəniş cədvəli üzrə xx.xx.2023-cü il tarixədək) əsas borcun bir hissəsi ilə birlikdə qaytarılması öhdəliyini daşıyır. Beləliklə müqavilə üzrə faiz öhdəliyi vaxtaşırı icra edilməli öhdəlikdir. Hər ay üçün faizin ödənilməsi öhdəliyi qrafikdə müəyyən edilmiş tarixdə yaranır. Ödəniş qrafikinə əsasən borclunun indiki tarixə vaxtı çatmış və icra edilməmiş 132,06 manat faiz borcunun olduğu müəyyən olunur. Buna görə də faiz borcunun 132,06 manatdan artıq olan hissədə tutulması hissəsində iddia əsassızdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən iddiaçının hər üç cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış 6871,34 manat əsas borc, 132,06 manat faiz borcu olmaqla, cəmi 7003,40 manat pul müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, müqavilə üzrə yaranmış borc cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də mütənasib olaraq alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 30 noyabr 2020-ci il tarixli, 56 saylı kredit müqaviləsi üzrə yaranmış 6871,34 manat əsas borc və 132,06 manat faiz borcu olmaqla, cəmi 7003,40 manat (yeddi min üç manat, qırx qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89,91 manat (səksən doqquz manat, doxsan bir qəpik) pul müştərək qaydada alınaraq İddiaçı QSC BOKT-na ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar