Məhkəmə qərarları › İş №e-2(071)-446/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-446/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-446/2023 13.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh yaşadığı yerin Hacıqabul şəhəri, B.İbrahimov küçəsi ev 53 olması göstərilsə də, elektron-məhkəmə informasiya sistemindən (AZEMİS) əldə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsinə ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq, cavabdehin qeydə alındığı yer üzrə baxılmalı olduğundan və Cavabdeh qeydiyyat ünvanı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 34,30 (otuz dörd manat otuz qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar