Məhkəmə qərarları › İş №e-2(071)-499/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-499/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-499/2024 27.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızından xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8519,97 manat əsas, 1114,02 manat faiz borcu olmaqla, cəmi 9633,99 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 796,62 manat əsas, 95,42 manat faiz borcu olmaqla, cəmi 892,04 manat olmaqla, ümumilikdə 10526,03 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121,58 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10500 manat kredit verilmişdir. Daha sonra İddiaçı ASC ilə cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızı arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8519,97 manat əsas, 1114,02 manat faiz borcu olmaqla, cəmi 9633,99 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 796,62 manat əsas, 95,42 manat faiz borcu olmaqla, cəmi 892,04 manat olmaqla, ümumilikdə 10526,03 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək işə məhkəmə iclasında iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızı izahat verərək bildirir ki, borcu etiraf edir. Borcunu hissə-hissə ödəməyə hazırdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Nəzərova (Ağayeva) Aynurə Mehti qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR6302911A163 saylı kredit müqaviləsinə əsasən bank – İddiaçı ASC tərəfindən müştəriyə – Nəzərova (Ağayeva) Aynurə Mehti qızına illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 10500 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Nəzərova (Ağayeva) Aynurə Mehti qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB6048446A299 saylı kredit müqaviləsinə əsasən bank – İddiaçı ASC tərəfindən müştəriyə – Nəzərova (Ağayeva) Aynurə Mehti qızına illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə 800 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən təqdim edilmiş sübutlara əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Nəzərova (Ağayeva) Aynurə Mehti qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8519,97 manat əsas, 1114,02 manat faiz borcu olmaqla, cəmi 9633,99 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 796,62 manat əsas, 95,42 manat faiz borcu olmaqla, cəmi 892,04 manat olmaqla, ümumilikdə 10526,03 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh borcunu tam etiraf edir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğundan, ödənilmiş 83,51 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızından xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8519,97 manat əsas, 1114,02 manat faiz borcu olmaqla, cəmi 9633,99 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 796,62 manat əsas, 95,42 manat faiz borcu olmaqla, cəmi 892,04 manat olmaqla, ümumilikdə 10526,03 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121,58 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Nəzərova (Ağayeva) Aynurə Mehti qızından xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8519,97 manat əsas, 1114,02 manat faiz borcu olmaqla, cəmi 9633,99 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 796,62 manat əsas, 95,42 manat faiz borcu olmaqla, cəmi 892,04 manat olmaqla, ümumilikdə 10526,03 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121,58 (yüz iyirmi bir manat əlli səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar