Məhkəmə qərarları › İş №e-2(071)-500/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-500/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-500/2025 16.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit müqaviləsi üzrə 1973,11 manat əsas, 519,54 manat faiz borcu olmaqla, cəmi 2492,65 manat, kart krediti üzrə isə 300 manat əsas, 83,51 manat faiz borcu olmaqla, cəmi 381,51 manat, ümumilikdə isə 2874,16 manat kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 48,77 manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4040 manat nağd kredit, habelə 36 ay müddətinə 24 faiz dərəcəsi ilə hesablanmaq 300 manat məbləğində kart krediti verilmişdir. Belə ki, borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitlərdən tam olaraq istifadə etmiş, lakin kredit borcları və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Cavabdeh nağd kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə banka borcu nağd kredit üzrə 1973,11 manat əsas, 519,54 manat faiz borcu olmaqla cəmi 2492,65 manat, kart krediti üzrə isə 300 manat əsas, 83,51 manat faiz, ümumilikdə isə 383,51 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditlərin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kreditlər üzrə borcun və kreditlərə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48,77 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqavilələri üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə xx.xx.2025-ci il tarixində 6-2-22/2-8687/2025 və 6-2-22/2- 8688/2025 salı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan “Tam kart müqaviləsi” adlı, xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Cavabdeh 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4040 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən borclu kredit məbləğini və ona hesablanmış faiz borcunu vaxtında ödənilməsi barəsində öhdəliyi qəbul etmişdir. İş materiallarında olan “bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma” dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 24 faiz dərəcəsi ilə, 300 manat məbləğində kart krediti verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit müqaviləsi üzrə 1973,11 manat əsas, 519,54 manat faiz borcu olmaqla, cəmi 2492,65 manat, kart krediti üzrə isə 300 manat əsas, 83,51 manat faiz borcu olmaqla, cəmi 381,51 manat, ümumilikdə isə 2874,16 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqavilələri bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək qeyd olunmuş kredit məbləğini mülki iş üzrə cavabdehə vermiş, cavabdeh həmin kredit məbləğindən istifadə etmiş, lakin əsas və faiz borcunu ödəməkdən qəsdən yayınmışdır. Onun ümumilikdə 2874,16 manat borcu ödənilməmiş qalmışdır. Bank tərəfindən cavabdehə banka olan borcunun qaytarılması barədə xəbərdarlıq edilsə də, cavabdeh banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, iddiaçı cavabdehdən istifadə etdiyi kredit məbləğlərini və ona hesablanmış fazi borclarını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia tələbində göstərilən pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48,77 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli kredit müqaviləsi üzrə 1973,11 manat əsas, 519,54 manat faiz borcu olmaqla, cəmi 2492,65 manat, kart krediti üzrə isə 300 manat əsas, 83,51 manat faiz borcu olmaqla, cəmi 381,51 manat, ümumilikdə isə 2874,16 (iki min səkkiz yüz yetmiş dörd manat on altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 49,17 (qırx doqquz manat on yeddi qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar