Məhkəmə qərarları › İş №e-2(071)-52/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-52/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-52/2023 03.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)/239/2020 saylı qətnaməsi ilə cavabdeh Abasov Mirvahub Mirfəttah oğlundan, Cavabdeh2 və X1 müştərək qaydada 37R000003436 saylı kredit razılaşması üzrə 13847.28 ABŞ Dolları məbləğində əsas borc, 6979.94 ABŞ Dolları məbləğində faiz borcu və 58.03 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20885.25 ABŞ Dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmctinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Hacıqabul rayonu, Meyniman kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi; Hacıqabul rayonu. Meyniman kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinin açıq hərracdan satılması, cəmi 20885.25 ABŞ Dolları məbləğində borcun 30 manat dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmctinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Abasov Mirvahub Mirfəttah oğlundan, Cavabdeh2 və X1 ümumi müştərək qaydada tutulması, Hacıqabul rayonu, Meyniman kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh1 Əlbaba qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit razılaşması üzrə bank qarşısındakı öhdəliklərini icra etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək, mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, mülki iş üzrə ipoteka predmeti olan daşınmaz əmlakın likvid və bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə olunmuşdur. Qiymətləndirici tərəfindən ipoteka predmetinin likvid və bazar qiymətləri müəyyən edilərək bu barədə tərtib edilmiş rəy məhkəmə göndərilmiş, eyni zamanda rəydə aparılmış tədqiqatın dəyərinin 300 manat təşkil etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsində barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı iddia tələbini irəli sürdükdən sonra, məhkəmə baxışı gedişində Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini icra etdiyinə görə iddiaçı öz tələbini müdafiə etməkdən imtina etdiyindən, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri cavabdehdən tutularaq müstəqil qiymətləndiriciyə ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, qiymətləndirmə tədqiqatının dəyəri iş üzrə cavabdehlərdən yalnız Cavabdeh2 tutulmalıdır. Çünki, iş üzrə digər Cavabdeh1 yalnız ipoteka predmeti olan əmlakdan istifadə hüququ olduğuna görə ona qarşı tələb irəli sürülmüş, iddia tələbi ona münasibətdə yalnız istifadə hüququnun itirilməsi və evdən çıxarılmasından ibarət olmuşdur. Kredit müqaviləsi üzrə yaranmış borcun həmin cavabdehə heç bir aidiyyəti yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 112, 114, 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100.40 (yüz manat qırx qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı QSC-ə qaytarılsın. Cavabdeh2 iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri kimi 300 (üç yüz) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar