Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-554/2025 01.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3734,85 manat məbləğində pulun, mediasiya xərci üçün ödənilmiş 60 manatın Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin məhkəmə hazırlıq iclası zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iş üzrə mediasiya ilə bağlı rüsum ödənilməsinə baxmayaraq, hazırkı tələb üzrə mediasiya mərhələsindən keçmək qanun üzrə imperativ qaydada müəyyən edilmədiyindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu ödənilmədiyindən tamamlanması təklif edilmişdir. Həmin vaxt tərəflər razılıq əldə edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Bundan sonra vəsatət məhkəmə tərəfindən təmin edilərək məhkəmə hazırlıq iclası təxirə salınmışdır. Hazırda İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsini məhkəməyə təqdim edərkən dövlət rüsumundan azad olmanın qanuni əsası kimi, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci hissəsinə istinad etmişdir. Lakin hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəmənin təklifinə əsasən iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən isə mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması təşəbbüsü ilə tərəflər və ya onlardan biri çıxış edə bilər. Məhkəmələr də tərəflərə aralarında yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair təkliflər verirlər. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda isə müvafiq orqanlar (qurumlar) tərəflərə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək vəzifələrini izah edirlər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasənQanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı aparır. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən tərəflər Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində dövlət rüsumunu ödəməkdən azad edilmə halları (ayrı-ayrı predmetlər və şəxslər üzrə) nəzərdə tutulmuşdur. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir Beləliklə, qeyd olunan qanunun normalarının təhlilindən müəyyən edilir ki, iddiaçılar yalnız əmək və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Digər hallarda isə məhkəməyədək mübahisənin mediasiya qaydasında həlli könüllülük əsasında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilir. Yəni, yalnız qanunun tələbinə görə imperativ qaydada mediasiyaya müraciət olunması nəzərdə tutulan mübahisələr üzrə, mediasiya xərci ilə bağlı hissədə dövlət rüsumunun azad edilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının qorunmasını, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslandığı kimi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi də cəmiyyətin həssas təbəqələrinin, o cümlədən hüquqlarının pozulduğunu iddia edən işçilərin hüquqlarının qorunması, onlara edilən müəyyən güzəştləri nəzərdə tutur. Bu baxımdan dövlət rüsumundan azad edilməsi əmək münasibətlərində olan işçilərin hüquqlarının qorunmasına yönəlmişdir. İş materiallarında olan mediasiya arayışından göründüyü kimi, İddiaçı MMC hazırki mübahisə ilə bağlı ilkin mediasiya sessiyası zamanı 60 manat mediasiya xərci ödəmişdir. Hazırda iddiaçı xahiş edir ki, İddiaçı MMC-yə vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 3734,85 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə məhkəmə xərci olaraq dövlət rüsumu ödənilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəməyə daxil olmuş iddia tələbi üzrə tərəfin mediasiyada üzrə iştirak edilməsi tələbi imperativ deyil. Tərəf özü könüllü olaraq mediasiya prosessində iştirak edə bilər, lakin bu o demək deyil ki, imperativ olmayan halda mediasiya prosesində iştirak edilirsə, həmin prosesə ödənilmiş rüsum, məhkəməyə ödənilməli olan dövlət rüsumuna aid edilməli idi. Əgər həmin mübahisə üzrə mediasiya prosesində iştirak etmək məcburi olsa idi, məhkəmə iddiaçının ərizəsi ilə razı olardı, lakin hal-hazırda göründüyü kimi məhkəməyə daxil olmuş iddia tələbi üzrə məhkəmədən qabaq mediasiyada iştirak etmək imperativ olmadığına görə tərəfin mediasiya prosesində iştirak edərək həmin prosesə ödədiyi rüsum məhkəməyə ödənilməli olan rüsuma aid edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, qanunun tələbinə görə tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir. Hazırkı mülki iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ilkin mediasiya ilə bağlı iddiaçı müraciət etmiş və cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Dolayısı ilə qeyd olunan arayışdan cavabdehin mediasiya ilə bağlı könüllü razılığının olmaması aşkar şəkildə görünür. Belə olan halda iddiaçı məhkəmə aidiyyəti üzrə Hacıqabul rayon ərazisində fəaliyyət göstərən mediasiya təşkilatına müraciət etməli olduğu halda qanunun normasını pozaraq Bakı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatına müraciət etmişdir. Bununla da qanunun tələbi pozulmaqla məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə də göstərilən ödənilmiş mediasiya xərcinin dövlət rüsumuna aid edilməsi qanuna uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən mediasiya xərcinə ödədiyi məbləğ dövlət rüsumuna aid edilmədiyindən hazırkı iz üzrə dövlət rüsumu ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işə baxılması üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilmədiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-554/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-554/2025
01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver