Məhkəmə qərarları › İş №e-2(071)-56/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-56/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-56/2025 07.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9282,38 manat əsas kredit borcu, 474,57 manat kreditdən istifadəyə görə faiz borcu, 6,14 manat cərimə borcu olmaqla, cəmi 9763,09 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 117,64 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 21180***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 30 ay müddətinə illik 23% dərəcəsi ilə (aylıq ödəniş 442,49 manat olmaqla hər ayın 21-dək ödənilmək şərti ilə) 10.000 (on min) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə verilmiş 10.000 manat kreditin həmin günə qalıq 9282,38 manat əsas borcu restruktruzasiya edilmiş, illik faiz dərəcəsi 23% və kreditin son icra müddəti xx.xx.2028-ci il müəyyən edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 21FİZAM169587701 və 21FİZAM133056204 saylı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Lakin kredit öhdəlikləri vaxtında və lazımı qaydada icra etməyən Cavabdeh3 banka borcu xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 9282,38 manat əsas, 474,57 manat faiz, 6,14 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 9763,09 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddianı müdafiə edir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. Əvvəl işlədiyi üçün kreditin ödənişində gecikmələrə yol verməmişdir. Hazırda isə işsiz olduğundan krediti ödəməyə çətinlik çəkmişdir. İddianın təmin olunmasına etiraz etmir, lakin borcun digər cavabdehlərdən deyil, sadəcə ondan tutulmasını məhkəmədən xahiş etdi. Həminin Cavabdeh3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia tələbini qəbul edir və tələbə qarşı heç bir etirazı yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 21180***-*******01L saylı kredit müqaviləsinə əsasən bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayırmağı, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 21180***-*******01L saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli razılaşmadan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən kreditverən borcalana illik 23 faiz dərəcəsi ilə aylıq ödəniş 442,49 manat olmaqla hər ayın 21-dək ödənilmək şərti ilə 30 ay müddətinə xx.xx.2026-cı il tarixdə 10.000 manat məbləğdə kredit verilmiş və razılaşmanın imzalanması tarixinə borcalana həmin kredit üzrə 9282,38 manat əsas borcu qalmışdır. Razılaşmaya əsasən son icra müddəti xx.xx.2028-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli, 21FİZAM169587701 və 21FİZAM133056204 saylı zaminlik müqavilələrindən müəyyən edilir ki, onlar əsas borclu Cavabdeh3 qeyd olunan kredit öhdəliyinə zamin durmuşlar. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 21180***-*******01L saylı kredit müqaviləsi üzrə Cavabdeh3 9282,38 manat əsas kredit borcu, 474,57 manat faiz borcu, 6,14 manat cərimə borcu olmaqla, cəmi 9763,09 manat məbləğində borcu vardır. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən əsas kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu Cavabdeh3 kredit müqaviləsi üzrə pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 və Cavabdeh2 zamin kimi onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, ödənilmiş 117,64 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9282,38 manat əsas borc, 474,57 manat faiz borcu, 6,14 manat cərimə borcu olmaqla, cəmi 9763,09 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 117,64 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9282,38 manat əsas borc, 474,57 manat faiz borcu, 6,14 manat cərimə borcu olmaqla, cəmi 9763,09 (doqquz min yeddi yüz altmış üç manat doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 117,64 (yüz on yeddi manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar