Məhkəmə qərarları › İş №e-2(071)-595/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-595/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-595/2023 22.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, iddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işin materiallarını nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı "X3” ASC Cavabdeh qarşı kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2705,35 manat əsas borcu və 7,84 manat faiz borcu olmaqla, cəmi 2713,19 manat borcun və ödənilmiş 47,54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Hacıqabul rayon məhkəmənin icraatında iddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə 2(071)-594/2023 saylı mülki iş vardır. Hər iki mülki iş üzrə iddia tələbləri iddiaçı “X3” ASC-dən kredit müqavilələri üzrə borc almış X1 qanun üzrə vərəsəsi (arvadı) Cavabdeh qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi əlaqəli mülki işlər olması müəyyən olunduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və icraatın tezliyinin təmin etmək üçün bu işlərin birləşdirilməsi məqsədə müvafiqdir. Bundan başqa, "X3” ASC tərəfindən Cavabdeh qarşı irəli sürülmüş tələblər üzrə yekun qərarın çıxarılması üçün əlavə araşdırma tələb olunduğundan, tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığı üçün iddia tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərin ifadələrinin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 284- 5.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair 2(071)-595/2023 saylı mülki işlə iddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair 2(071)-594/2023 saylı mülki iş bir icraatda birləşdirilsin və mülki işə 2(071)-594/2023 nömrə ilə baxılsın. İddiaçı "X3” ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizələrinə iddia icraatı qaydasında baxılsın. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixdə, saat 12:00-də Hacıqabul Rayon Məhkəməsinin binasında keçirilsin. İşi məhkəmə baxışına hazırlamaq üçün aşağıdakı hərəkətlər edilsin: - iş üzrə tərəflərə prosessual hüquq və vəzifələri izah olunsun və onlar məhkəmənin hazırlıq iclasına dəvət olunsunlar. - iş üzrə məhkəmə baxışı keçirilənədək barışmaları tərəflərə təklif olunsun. - tərəflərə təklif olunsun ki, öz tələblərinin və etirazlarının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etsinlər. Qərardaddan şikayət verilə bilməz. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar