Məhkəmə qərarları › İş №e-2(071)-651/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-651/2023

24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-651/2023 24.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 1608,70 manat sığorta ödənişinin, ödənilmiş 36,09 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** UD *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** AB *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** AB *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AB *** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5474,70 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 5374,70 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 3766 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 1608,70 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, o, iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmır. Hal-hazırda işsizdir. Lakin, ona vaxt verilərsə borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, C-Mİ-1068/21 saylı Sığorta şəhdətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Hundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən kasko sığortası ilə sığorta edilmişdir. Sığorta müqaviləsi xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan AE 072411 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet-Cruze markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan 469729 nömrəli yol vərəqindən görünür ki, "xxxx" MMC-yə məxsus **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında X1 idarə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, həmin tarixdə Chevrolet-Cruze markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə Hyundai-Accent markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toqquşmuşdur. İş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Chevrolet-Cruze markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin dəymiş zərər aktından və “Hyundai Avto Azərbaycan Servis Departamenti” tərəfindən verilmiş aktdan görünür ki, “Hundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri ƏDV ilə birlikdə 5474,70 manat təşkil etmişdir. 100 manat azad olma məbləği çıxıldıqdan sonra 5374,70 manat sığorta ödənişi edilməlidir. İş materiallarına əlavə edilmiş 2483/22 nömrəli hesab fakturadan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-in bank hesabına 5474,70 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Z.Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avomobillə "xxxx" MMC-yə məxsus olan və "xxxx" ASC tərəfindən (kasko) sığortalanmış “Hyundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə təqsirli olan Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən o İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən “Hundai Accent” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 5374,70 manat sığorta ödənişi edilmişdir. Həmin məbləğin 3766 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığorta etmiş "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Bununla da iddiaçının hadisənin baş verməsində təqsiri olan Cavabdeh qarşı qalan məbləği, yəni 1608,70 manat pul vəsaitini tələb etmək üçün subroqasiya hüququ yaranmışdır. Odur ki, işin qeyd olunan faktiki hallarını nəzərə alaraq və yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş sığorta ödənişinin 1608,70 manat hissəsi alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1608,70 manat (min altı yüz səkkiz manat, yetmiş qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 36,49 manat (otuz altı manat, qırx doqquz qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar