Məhkəmə qərarları › İş №e-2(071)-753/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-753/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-753/2025 03.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli SVNPU- 07555 saylı kredit müqaviləsinə əsasən kredit üzrə 4038,29 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 4038,29 (dörd min otuz səkkiz manat iyirmi doqquz qəpik) manat, 61 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 mart 2024-cü il tarixli, SVNPU-07555 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 12 mart 2024-cü il tarixli, SVNPU-07555 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 4038,29 manat, faiz borcuna görə 0 manat olmaqla, cəmi 4038,29 manat təşkil edir. Hacıqabul Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Şəhadətnamə”-yə əsasən, X4 xx.xx.2024-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X2 xx.xx.2024-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 12 mart 2024-cü il tarixli, SVNPU-07555 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Şirvan Şəhər 1 saylı notariat ofisinin sorğuya verdiyi cavab məktubu ilə xx.xx.2024-cü il tarixli 2V-300, xx.xx.2024-cü il tarixli 2V-302, xx.xx.2024-cü il tarixli 2V-303 və xx.xx.2024-cü il tarixli 2V-305 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti göndərilmişdir. Yuxarıda göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Bu səbəbdən 12 mart 2024-cü il tarixli, SVNPU-07555 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsəsi - Cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderlərindən görünür ki, İddiaçı ASC (bank) ilə X4 (borcalan) arasında 12 mart 2024-cü il tarixli, SVNPU-07555 saylı kredit müqaviləsinə əsasən ona 17 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsi üzrə, yəni 12 mart 2024-cü il tarixli, SVNPU-07555 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4038,29 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 4038,29 təşkil edir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 393303 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şirvan Şəhər 1 saylı Notariat ofisi xüsusi notariusu X5 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən müəyyən edilir ki, vəfat etmiş şəxsin övladları - X6 və X3 vəfat etmiş ataları - X1 qalan daşınar və daşınmaz əmlakın onlara çatası hissəsindən imtina etdiklərini bildirmişlərdir. İş materiallarında olan Şirvan Şəhər 1 saylı notariat ofisinin məktubu ilə göndərilən xx.xx.2024-cü il tarixli 2V-300, xx.xx.2024-cü il tarixli 2V-302, xx.xx.2024-cü il tarixli 2V- 303 və xx.xx.2024-cü il tarixli 2V-305 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən aydın olur ki, borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır və mirasdan imtina etməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən ona 5200 manat olmaqla kredit verilmişdir. Lakin, X2 həmin müqavilə üzrə bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun iddia ərizəsində qeyd olunan məbləğlərdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X4 öldükdən sonra hazırki iş üzrə Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik normalarını və işin faktiki halları nəzərə almaqla belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli SVNPU-07555 saylı kredit müqaviləsinə əsasən kredit üzrə 4038,29 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 4038,29 (dörd min otuz səkkiz manat iyirmi doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 61 (altmış bir) manat pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli SVNPU-07555 saylı kredit müqaviləsinə əsasən 4038,29 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 4038,29 (dörd min otuz səkkiz manat iyirmi doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumu əvəzi kimi 61 (altmış bir) manat pul məbləği alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar