Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-765/2024 01.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair iddia icraat qaydasında verdiyi ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair iddia icraat qaydasında iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsində Cavabdeh yaşadığı yerin Bakı şəhəri, Ələt qəsəbəsi, S.Vurğun küçəsi, ev 18 qeyd olması göstərilsə də, lakin iddia ərizəsini cavabdehin yaşadığı ünvan üzrə deyil Hacıqabul rayon Məhkəməsinə verilmişdir. Elektron-məhkəmə informasiya sistemindən (AZEMİS) əldə edilmiş şəxsi məlumatlardan görünür ki, Cavabdeh ünvanı kimi ünvan 2ə olduğu yer haqqında Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq, cavabdehin qeydə alındığı yer üzrə baxılmalı olduğundan və cavabdehin qeydiyyat ünvanı isə ünvan 3 iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhər Qaradağ rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, "xxxx" KB ASCnin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair iddia icraat qaydasında verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hacıqabul rayon Məhkəməsinə Asanpay vasitəsi ilə ********** qəbiz nömrəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 94,63 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-765/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-765/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver