Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-779/2023 28.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, BPM**********28 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 218,11 manat əsas, 28,41 manat faiz olmaqla, cəmi 246,52 manat, nəğd kredit üzrə (kreditin referens kodu: 251CTS**********) 17,44 manat əsas, 0,83 manat faiz, 2,16 manat cərimə olmaqla, cəmi 20,43 manat - ümumilikdə 266,95 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********28 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcalana 6 ay müddətinə, illik 18 % dərəcəsi ilə hesablanmaqla, 670 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. "xxxx" ASC-nin “Şirvan” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Cavabdeh Banka xx.xx.2023-cü il tarixə kart krediti üzrə (kreditin referens kodu: ********************) 218,11 manat əsas, 28,41 manat faiz olmaqla, cəmi 246,52 manat, nəğd kredit üzrə (kreditin referens kodu: 251CTS**********) 17,44 manat əsas, 0,83 manat faiz, 2,16 manat cərimə olmaqla, cəmi 20,43 manat, ümumilikdə 266,95 manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********28 saylı, xx.xx.2021-ci il tarixli “Tam kart çərçivə müqaviləsi”ndən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bank tərəfindən Cavabdeh 6 ay müddətinə illik 18 % dərəcəsi ilə 670 manat nağd kredit, 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 300 manat kart krediti verilmişdir. İş materiallarında olan Maliyyə arayışdan və ödəniş cədvəlindən görünür ki, Cavabdeh bank tərəfindən verilmiş plastik kartdan ümumilikdə 535,96 manat məbləğində pul vəsaitini məxaric etmiş, 317,85 manat məbləğində vəsaiti isə karta mədaxil etmiş (geri ödəmiş), onun ödənilməmiş 218,11 manat əsas, 28,41 manat faiz borcu qalmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli digər maliyyə arayışından görünür ki, Cavabdeh bank tərəfindən verilmiş 670 manat nağd kreditdən 17,44 manat əsas, 0,83 manat faiz və 2,16 manat cərimə olmaqla, cəmi 20,43 manat məbləğində ödənilməmiş borcu qalmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********28 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 6 ay müddətinə, illik 18 % dərəcəsi ilə hesablanmaqla, 670 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə vəsaitləri məxaric etmiş və həmin məbləğlərin bir hissəsini geri ödəmiş, onun nəqd kredit və plastik kart əsasında ümumilikdə 266,95 manat borcu ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən cavabdehə borcunun qaytarılması barədə xəbərdarlıq edilsə də, cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən də, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia tələbində göstərilən pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********28 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə yaranmış 218,11 manat əsas borc və 28,41 manat faiz borcu, nağd kredit üzrə yaranmış 17,44 manat əsas borc, 0,83 manat faiz borcu və 2,16 manat cərimə olmaqla – ümumilikdə 266,95 manat (iki yüz altmış altı manat, doxsan beş qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(071)-779/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-779/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver