Məhkəmə qərarları › İş №e-2(071)-825/2024

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(071)-825/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-825/2024 01.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdeh X2 (Cavabdeh) qızına qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdeh X2 (Cavabdeh) qızına qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 (Cavabdeh) qızından xx.xx.2012-ci il tarixli, 1781 nömrəli kredit müqaviləsi üzrə 2341,73 manat əsas, 1369,15 manat faiz borcu olmaqla, ümumilikdə 3710,88 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57,10 manat məbləğində pulun İddiaçı QSC bank olmayan kredit təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(071)-825/2024 saylı qərardadına əsasən İddiaçı QSC bank olmayan kredit təşkilatının cavabdeh X2 (Cavabdeh) qızına qarşı "kredit müqaviləsi üzrə pul" tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 (Cavabdeh) qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1781 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borcluya 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan X2 (Cavabdeh) qızı öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh (Cavabdeh) qızı tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış fazilər gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh kredit götürdükdən sonra özünün ad və soyadında dəyişiklik edərək X1 adını götürmüşdür. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayənədəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X2 (Cavabdeh) qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı 2341,73 manat əsas borc, 1369,15 manat faiz borcu olmaqla, cəmi 3710,88 (üç min yeddi yüz on manat 88 qəpik) məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-cü il tarixli S-FK-SİR- 105 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı və cavabdeh X2 (Cavabdeh) qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1781 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC cavabdeh X2 (Cavabdeh) qızına yaşadığı mənzili təmir etdirmək üçün 12 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 3000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, cavabdeh X2 (Cavabdeh) qızının xx.xx.2012-ci il tarixli, 1781 “kredit” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2341,73 manat əsas, 1369,15 manat faiz borcu olmaqla, ümumilikdə 3710,88 manat borcu vardır. İşin halları odur ki, iddiaçı ilə cavabdeh X2 (Cavabdeh) qızı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh X2 (Cavabdeh) qızı öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X2 (Cavabdeh) qızı öz öhdəliklərini pozduğundan iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 57,10 manat cavabdeh X2 (Cavabdeh) oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdeh X2 (Cavabdeh) qızından 2341,73 manat əsas, 1369,15 manat faiz borcu olmaqla cəmi 3.710,88 (üç min yeddi yüz on manat səksən səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57,10 (əlli yeddi manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı QSC bank olmayan kredit təşkilatının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X2 (Cavabdeh) qızından 2341,73 manat əsas, 1369,15 manat faiz borcu olmaqla cəmi 3.710,88 (üç min yeddi yüz on manat səksən səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57,10 (əlli yeddi manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı QSC bank olmayan kredit təşkilatının xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar