Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-86/2023 08.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 9300 manat pulun və dövlət rüsumu kimi ödədiyi 113 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhərində yerləşən köhnə bazar deyilən yerdə qızıl alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin sonlarında Hacıqabul rayon sakini kimi tanıdığı Cavabdeh onun işlədiyi mağazaya gələrək ondan nisyə qızıl-zinyət əşyaları almaq istədiyini bildirmişdir. O, cavabdehə inandığından 2020-ci ilin sonuna kimi ödəmək şərti ilə qramı 100 manatdan ümumilikdə 153 qram çəkidə müxtəlif qızıl-zinyət əşyaları və 4000 manat dəyərində brilyant nisyə vermişdir. Cavabdeh ondan ümumilikdə 19300 manat dəyərində qızılzinyət əşyaları almış və həmin məbləğdən hissə-hissə ona 10000 manat pul vermişdir. Hazırda cavabdehin ona 9300 manat borcu var. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən imtina etmişdir. Odur ki, məhkəməyə meraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, Cavabdeh ondan 07 yanvar 2020-ci il tarixdə 350 manat dəyərində 3,5 qram çəkidə 1 ədəd qadın üzüyü, 200 manat dəyərində 2 qram çəkidə 1 ədəd qadın üzüyü, 650 manat dəyərində 6,5 qram çəkidə 1 ədəd sep, 850 manat dəyərində 8,5 qram çəkidə 1 ədəd sep, 700 manat dəyərində 7 qram çəkidə 1 ədəd sep, 400 manat dəyərində 4 qram çəkidə 1 ədəd sep və 430 manat dəyərində 4,3 qram çəkidə 1 ədəd sep olmaqla, cəmi 3580 manat dəyərində qızıl-ziynət əşyası; 27 fevral 2020-ci il tarixdə 430 manat dəyərində 4,3 qram çəkidə 1 ədəd sep; 10 mart 2020-ci il tarixdə 2600 manat dəyərində 2,6 qram çəkidə 1 ədəd kişi üzüyü, 290 manat dəyərində 2,9 qram çəkidə 1 ədəd kişi üzüyü, 420 manat dəyərində 4,2 qram çəkidə 1 ədəd sep, 285 manat dəyərində 2,85 qram çəkidə 1 ədəd sep, 300 manat dəyərində 3 qram çəkidə 1 ədəd sep, 270 manat dəyərində 2,7 qram çəkidə 1 ədəd sırğa olmaqla cəmi 1825 manat qəyərində qızıl-zinyət əşyası; 12 mart 2020-ci il tarixdə 250 manat dəyərində 2,5 qram çəkidə 1 ədəd qadın üzüyü, 250 manat dəyərində 2,5 qram çəkidə 1 ədəd qadın üzüyü, 370 manat dəyərində 3,7 qram çəkidə 1 ədəd sep, 220 manat dəyərində 2,2 qram çəkidə 1 ədəd qadın üzüyü, 220 manat dəyərində 2,2 qram çəkidə 1 ədəd qadın üzüyü olmaqla, ümumilikdə 1310 manat dəyərində qızıl-ziynət əşyası; 18 mart 2020-ci ildə 300 manat dəyərində 3 qram çəkidə bir ədəd sep və 270 manat dəyərində 2,7 qram çəkidə bir ədəd kəpənəkli sep olmaqla, cəmi 570 manat dəyərində qızıl-ziynət əşyası; 04 may 2020-ci ildə 200 manat dəyərində 2 qram çəkidə bir ədəd sep; 30 iyun 2020-ci ildə 360 manat dəyərində 3,6 qram çəkidə bir ədəd kişi üzüyü, 360 manat dəyərində 3,6 qram çəkidə bir ədəd kişi üzüyü, 420 manat dəyərində 3,5 qram çəkidə bir ədəd sep, 480 manat dəyərində 4,8 qram çəkidə bir ədəd qadın üzüyü, 200 manat dəyərində 1,5 qramçəkidə bir ədəd qadın üzüyü və 372 manat dəyərində 3,1 qram çəkidə bir ədəd sep olmaqla, cəmi 570 manat dəyərində qızıl-ziynət əşyası; 14 iyul 2020ci il tarixdə 315 manat dəyərində 2,6 qram çəkidə bir ədəd qadın üzüyü, 260 manat dəyərində 2,15 qram çəkidə bir ədəd qadın üzüyü və 240 manat dəyərində 2,4 qram çəkidə bir ədəd sep olmnaqla, cəmi 815 manat dəyərində qızıl-ziynət əşyası; 15 iyul 2020-ci il tarixdə, 552 manat dəyərində 4,6 qram çəkidə sırğa, 400 manat dəyərində 3,27 qram çəkkidə 1 ədəd kişi üzüyü, 350 manat dəyərində 2,79 qram çəkkidə 1 ədəd kişi üzüyü və 350 manat dəyərində 2,79 qram çəkkidə 1 ədəd kişi üzüyü olmaqla, cəmi 1652 manat dəyərində qızıl-ziynət əşyası; 16 iyul 2020-ci il tarixdə, 360 manat dəyərində 3,6 qram çəkidə bir ədəd qadın sepi, 355 manat dəyərində 2,94 qram çəkkidə 1 ədəd üzük, 420 manat dəyərində 3,37 qram çəkkidə 1 ədəd üzük və 360 manat dəyərində 3,6 qram çəkkidə 1 ədəd üzük olmaqla, cəmi 1495 manat dəyərində qızıl-ziynət əşyası; 17 iyul 2020-ci il tarixdə, 375 manat dəyərində 3,7 qram çəkidə bir ədəd qadın üzüyü və 360 manat dəyərində 3,6 qram çəkkidə 1 ədəd kişi üzüyü olmaqla, cəmi 735 manat dəyərində qızıl-ziynət əşyası; 21 iyul 2020-ci il tarixdə, 520 manat dəyərində 4,23 qram çəkidə bir ədəd qadın sırğası, 380 manat dəyərində 3,15 qram çəkkidə 1 ədəd qadın üzüyü, 300 manat dəyərində 2,5 qram çəkkidə 1 ədəd qadın üzüyü, 360 manat dəyərində 3 qram çəkkidə 1 ədəd kişi üzüyü, 250 manat dəyərində 2,10 qram çəkidə 1 ədəd uşaq sırğası və 180 manat dəyərində 1,5 qram çəkidə 1 ədəd uşaq sırğası olmaqla, cəmi 1990 manat dəyərində qızıl-ziynət əşyası; 24 iyul 2020-ci il tarixdə, 200 manat dəyərində 1,5 qram çəkidə bir ədəd üzük, 200 manat dəyərində 1,6 qram çəkkidə 1 ədəd uşaq sırğası və 380 manat dəyərində 2,72 qram çəkkidə 1 ədəd qadın üzüyü olmaqla, cəmi 780 manat dəyərində qızılziynət əşyası almışdır. Bundan başqa cavabdeh ondan 900 manat dəyərində 5,5 qram çəkidə bir ədəd briliyant kişi üzüyü, 600 manat dəyərində bir ədəd briliyant kişi üzüyü, 600 manat dəyərində bir ədəd briliyant kişi üzüyü, 1200 manat dəyərində bir ədəd briliyant qadın üzüyü və 700 manat dəyərində bir ədəd briliyant qadın üzüyü olmaqla, cəmi 4000 manat dəyərində brilyant qaşlı qızıl-zinyət əşyaları olmaqla ondan 21624 (iyirmi bir min altı yüz iyirmi dörd) manat dəyərində qızıl ziynət əşyaları almışdır. Cavabdeh aldığı qızıl-ziynət əşyalarının pulundan xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 190 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, 2020-ci ilin oktyabr ayında 1300 manat, elçinə 150 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, 2021-ci ilin yanvarında 300 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat və 29 dekabr 2021-ci il tarixdə 1000 manat olmaqla, cəmi 12590 (on iki min beş yüz doxsan) manat pul vermişdir. Hazırda cavabdehin ona 9034 (doqquz min otuz dörd) manat borcu var. Odur ki, 9034 manat pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizəsində göstərmişdir ki, o, iddia tələbini qəbul etmir, hazırda onun iddiaçıya heç bir borcu yoxdur və iddia ərizəsində göstərilənlər reallığı əks etdirmir. Belə ki, o, 2019-cu ilin oktyabr ayından iddiaçı ilə qarşılıqlı razılaşma əsasında iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə nisyə qızıl-zinyət əşyaları almışdır. O, aldığı qızıl-ziynət əşyalarının pulunu öz qeydlərinə əsasən tam olaraq ödəmiş və bu barədə özündə müəyyən vaxtlarda qeydlər aparmışdır. Onlar nisyə qızıl alqı-satqısı zamanı nə malı götürəndə, nə də, pulu verəndə hər hansı bir sənədə heç biri imza etməmişlər. O, aldığı qızıl-ziynət əşyalarının pulunu tam olaraq ödəyib bitirməyənədək iddiaçı ona mal verməmişdir. Bu səbəbdən də, onun iddiaçıya borcu yarana bilməzdi. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh etiraz ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, o, iddiaçıya olan borcunu ödəmədiyi halda iddiaçı ona yeni mallar verməmişdir. Bu səbəbdən onun iddiaçıya bu qədər borcu yarana bilməz. Bundan başqa o, iddiaçıdan 2019-cu ildə 1 ədəd qadın üzüyü 350 manat, 1 ədəd qadın üzüyü 300 manat, 1 ədəd sep 650 manat, 1 ədəd sep 700 manat, 1 ədəd sep 850 manat və 1 ədəd üzük 1200 manat olmaqla, cəmi 4050 manat məbləğində qızıl ziynət əşyaları; 2020-ci ildə 1 ədəd qadın üzüyü 382 manat, 1 ədəd qadın üzüyü 340 manat, 1 ədəd qadın üzüyü 260 manat, 1 ədəd qadın sepi 240 manat, 1 ədəd kişi üzüyü 400 manat, 1 ədəd qadın sepi 370 manat, 1 ədəd kişi üzüyü 260 manat və 1 ədəd kişi üzüyü 540 manat olmaqla, cəmi 2702 manat qızıl ziynət əşyası; 2020-ci ildə 1 ədəd kişi üzüyü 600 manat, 1 ədəd sep 400 manat, 1 ədəd qadın üzüyü 250 manat, 1 ədəd sep 250 manat, 1 ədəd qadın üzüyü 400 manat, 1 ədəd kişi üzüyü 650 manat, 1 ədəd qadın üzüyü 480 manat, 1 ədəd qadın üzüyü 390 manat, 1 ədəd kişi üzüyü 400 manat, 1 ədəd üzük 400 manat, 1 ədəd komplekt 600 manat və 1 ədəd qadın üzüyü 352 manat olmaqla, cəmi 5172 manat qızıl ziynət əşyası; 2020-ci ildə 1 ədəd sırğa 572 manat, 1 ədəd sırğa 490 manat, 1 ədəd uşaq sırğası 250 manat, 1 ədəd uşaq qolbağı 192 manat, 1 ədəd uşaq sırğası 182 manat, 1 ədəd uşaq qolbağı 200 manat, 1 ədəd üzük 330 manat, 1 ədəd üzük 430 manat, 1 ədəd üzük 355 manat, 1 ədəd sep 360 manat və 1 ədəd kişi üzüyü 350 manat olmaqla, cəmi 3711 manat dəyərində, ümumilikdə isə 15635 manat dəyərində qızıl ziynət əşyası almışdır. O həmin malların pulundan xx.xx.2019-cu ildə 150 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 200 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 350 manat, xx.xx.2019-cu ildə 100 manat və 28 dekabr 2019-cu ildə 400 manat, xx.xx.2020-ci ildə 350 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 350 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 300 manat və xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 150 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 250 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 400 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 150 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 100 manat kondisoner üçün,xx.xx.2020-ci ildə 190 manat, xx.xx.2020ci ildə 300 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 1300 manat, xx.xx.2020-ci ildə 150 manat, xx.xx.2020-ci ildə 700 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 200 manat kondisoner üçün, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, 24 avqust 2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, 2021-ci ilin dekabrında 340 manat kondisoner üçün və 1200 manat brilyant üzük üçün olmaqla, ümumilikdə 16480 manat iddiaçıya pul vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi 9034 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıdan ümumilikdə 21624 manat dəyəridə qızıl ziynət əşyaları almış, həmin malların pulundan müxtəlif vaxtlarda hissə-hissə 12590 manat ödəmiş və iddiaçıya 9034 manat borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, o, ümumilikdə iddiaçıdan 15635 manat dəyərində qızıl-ziynət əşyasını hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. Aldığı malların pulunu artıqlaması ilə cavabdehə qaytarmışdır. Belə ki, iddiaçıdan 15635 manat dəyərində qızılziynət əşyaları alsa da, ümumilikdə iddiaçıya 16480 manat pul ödəmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, diskdə olan fayllarda əks edilmiş səs yazılarında iddiaçı cavabdehə səs yazıları göndərərək ondan borcunun ödənilməsini tələb etmiş, lakin həmin səs yazılarının heç birində iddiaçı cavabdehə borcunun nə qədər olmasını bildirməmişdir. Diskdə olan 8, 9, 10, 15, 16, 17,18,19cu sıradakı fayllarda olan səs yazılarında isə cavabdeh iddiaçıdan ona borcunu ödəməsi üçün möhlət verməsini istəyərək iddiaçıya borclu olmasını etiraf etmiş, lakin, səs yazılarında iddiaçıya nə qədər borcunun olmasını bildirməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” proqramı ilə aparılan yazışmaların surətlərindən müəyyən edilir ki, cavabdeh yazışmalar zamanı iddiaçıya borclu olduğunu etiraf etsə də, həmin yazışmalarda cavabdehin iddiaçıya olan borcunun məbləği göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda məhkəməyə qızıl-zinət əşyalarının satılmasını və alınmasını, eləcə də ödənişləri əks etdirən qeydiyyat vərəqələrini təqdim etmişdir. Lakin, məhkəmə təqdim edilmiş həmin qeydiyyat vərəqələrinin tək tərəfli tərtib edilməsini, tərəflərin qarşılıqlı imzalama yolu ilə tərtib edilməməsini nəzərə alaraq, tərəflərin təqdim etdikləri həmin qeydiyyat vərəqələrini mötəbər sübut kimi qiymətləndirə bilmir. Çünki, həm iddiaçı, həm də cavabdeh həmin qeydiyyat vərəqələrində satılmış qızıl-zinət əşyalarının çəkisini, dəyərini və ödənilmiş vəsaitini məbləğini özlərinə sərf edən məbləğdə göstərə bilərlər. Bu baxımdan həmin qeydiyyat vərəqələrindəki qeydlər mötəbər sübut sayıla bilməz. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaçı ümumilikdə 21624 manat dəyərində qızıl-ziynət əşyasını cavabdehə nisyə satdığını, cavabdehin isə aldığı qızıl-ziynət əşyalarının dəyərindən ona 12590 manat pul ödədiyini və 9034 manat borclu qaldığını göstərmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi ərizədə iddiaçıdan ümumilikdə 15635 manat dəyərində qızıl-ziynət əşyasını aldığını və iddiaçıya 16480 manat pul ödəyərək aldığı malın pulunu artıqlaması ilə qaytardığını göstərmişdir. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehə 21624 manat dəyərində qızıl-ziynət əşyasını satmasını iddia etsə də, cavabdeh iddiaçıdan 15635 manat dəyərində qızıl-ziynət əşyası aldığını etiraf etmiş, iddiaçı isə cavabdehin etiraf etdiyindən daha artıq dəyərdə qızılzinət əşyasını cavabdehə satmasını sübut edə bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, cavabdeh aldığı əşyaların əvəzi kimi iddiaçıya 16480 manat pul verdiyini bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, lakin iddiaçı cavabdehin ondan aldığı malın dəyəri olaraq ona 12624 manat ödəniş etdiyini ərizəsində göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri əmələ gəlmişdir. Həmin müqavilələrə əsasən iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə qızıl-zinət əşyalarını nisyə satmış, cavabdeh isə həmin əşyaların dəyərinin bir hissəsini iddiaçıya ödəmişdir. İddiaçı cavabdehə iddia ərizəsində göstərilən məbləğdə qızıl-zinət əşyalarını nisyə satmasını sübut edə bilməmişdir. Cavabdeh isə etiraz ərizəsində göstərdiyi məbləğdə iddiaçıya ödəniş etməsini sübut edə bilməmişdir. Bununla belə, cavabdeh iddiaçıdan 15635 manat dəyərində qızıl-zinyət əşyası almasını etiraf etdiyindən və iddiaçı cavabdehin ona 12590 manat pul vəsaitinin ödənilməsini etiraf etdiyindən, iddia tələbi tərəflərin etirafları əsasında qismən təmin edilməli, nisyə satılmış əşyaların dəyəri kimi cavabdehin etiraf etdiyi məbləğdən (15635 manat), həmin əşyaların dəyəri kimi ödənilmiş iddiaçının etiraf etdiyi məbləğ (12590 manat) çıxılmaqla, qalan 3045 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3045 (üç min qırx beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(071)-86/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-86/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver