Məhkəmə qərarları › İş №e-2(071)-861/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-861/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-861/2025 21.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4563,45 manat məbləğində əsas borcun, 472 manat məbləğində faiz borcunun, 110,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5145,92 manat borcun və 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Bolkart Ailə” müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 25% olmaqla, 5000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin baxış iclası xx.xx.2025-ci il tarixinə saat 12:15-ə təyin olunmuşdur. Məhkəmə proseslərinin say çoxluğu ilə əlaqədar olaraq qeyd olunan iclasda iddiaçının nümayəndəsinin iştirakının təmin olunması qeyri-mümkündür. Hazırda iddiaçı və cavabdeh heç bir razılığa gələ bilməmiş, cavabdeh tərəf hələ də müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından tamamilə yayınmışdır. Qeyd olunanların nəzərə alınmasını, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, təqdim edilən mümkün və mötəbər sübutlar əsasında iddia tələbinin tam təmin olunması üzrə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh illik 25% faiz dərəcəsi ilə 60 ay müddətinə 5000 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməklə yaranmış borcu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 4563,45 manat məbləğində əsas borcun, 472 manat məbləğində faiz borcunun, 110,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5145,92 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildirişdən (pretenziya) müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, kredit müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsi təklif edilmiş, əks halda cavabdehə borc tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd edilir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin, iddia ərizəsinin məzmunundan, eyni zamanda dövlət rüsumun ödənilməsi barədə qəbzdən görünür ki, iddia tələbinin məbləği 5145,92 (beş min yüz qırx beş manat doxsan iki qəpik) manat məbləğində olmuş, həmin tələbə mütənasib olaraq ödənilməli olan dövlət rüsumu 71,46 (yetmiş bir manat qırx altı qəpik) manat olduğu halda iddiaçı tərəfindən qeyd olunan rüsum artıq, yəni 82 (səksən iki) manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1000 (min) manatdan 10000 (on min) manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qaydasında hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə İddiaçı ASC tərəfindən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənildikdən iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, rüsumun artıq ödənilmiş hissəsi, yəni 10,54 (on manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4563,45 manat əsas borc, 472 manat faiz borcu, 110,47 manat cərimə borcu olmaqla, cəmi 5145,92 (beş min yüz qırx beş manat doxsan iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,46 (yetmiş bir manat qırx altı qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, xx.xx.2025ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi, yəni 10,54 (on manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4563,45 manat əsas borc, 472 manat faiz borcu, 110,47 manat cərimə borcu olmaqla, cəmi 5145,92 (beş min yüz qırx beş manat doxsan iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,46 (yetmiş bir manat qırx altı qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi, yəni 10,54 (on manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-yə (İddiaçı ASC, VÖEN**********, kod 506924, Müxbir hesab AZ27NABZ********************, Hesab AZ91JBBK********************, S.W.İ.F.T BİC JBBKAZ22) qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar