Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-920/2025 22.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1301,29 manat, faiz borcuna görə 98,98 manat, cərimə borcuna görə 0 manat, cəmi 1400,27 manat pul və dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğində pulun tutulması; 2. Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, (1. Kolye,qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi - 28,3 qr., əyarı - 585; 2. Qolbaq- 1 ədəd, çəkisi- 15 qr., əyarı-585; 3. Kolye, qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi- 28,7 qr., əyarı- 585; 4. Üzük - 1 ədəd, çəkisi- 4,2 qr., əyarı - 583). 3. Bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsi üzrə cəmi 1400,27 manat pul və dövlət rüsumu kimi ödənilmiş 35 manat məbləğində pulun ödənilməsi; 4. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli, SVLMB08241 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 4420 manat məbləğində cavabdehə kredit verilmişdir. 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1301,29 manat, faiz borcuna görə 98,98 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1400,27 manat təşkil edir. 20 oktyabr 2023-cü il tarixli, SVLMB- 08241 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 20 oktyabr 2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şirvan” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: (1. Kolye,qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi - 28,3 qr., əyarı - 585; 2. Qolbaq- 1 ədəd, çəkisi- 15 qr., əyarı-585; 3. Kolye, qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi- 28,7 qr., əyarı- 585; 4. Üzük - 1 ədəd, çəkisi- 4,2 qr., əyarı - 583) Tərəflər arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməletməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır” . İddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2025-ci il tarixində elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Şirvan” filialı ilə Cavabdeh arasında 20 oktyabr 2023-cü il tarixli, SVLMB08241 saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 4420 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 20 oktyabr 2023-cü il tarixli, SVLMB08241 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İş materiallarında olan və 20 oktyabr 2023-cü il tarixli, SVLMB08241 saylı kredit müqaviləsinə əlavə olunan “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh tərəfindən (1. Kolye,qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi - 28,3 qr., əyarı - 585; 2. Qolbaq- 1 ədəd, çəkisi- 15 qr., əyarı- 585; 3. Kolye, qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi- 28,7 qr., əyarı- 585; 4. Üzük - 1 ədəd, çəkisi- 4,2 qr., əyarı - 583) girov qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 20 oktyabr 2023-cü il tarixli, SVLMB08241 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1301,29 manat, faiz borcuna görə 98,98 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 1400,27 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçınn təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SVLMB-08241 kredit müqaviləsi üzrə əsas borcuna görə 1301,29 manat, faiz borcuna görə 98,98 manat, cərimə borcuna görə 0 manat, cəmi 1400,27 (min dörd yüz manat iyirmi yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan ümumi çəkisi 76,2 qram olan 4 adda qızıl-zinət əşyalarına (1. Kolye,qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi - 28,3 qr., əyarı - 585; 2. Qolbaq- 1 ədəd, çəkisi- 15 qr., əyarı-585; 3. Kolye, qolbaq və sırğa dəsti- 1 ədəd, çəkisi- 28,7 qr., əyarı- 585; 4. Üzük - 1 ədəd, çəkisi- 4,2 qr., əyarı - 583) yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. xx.xx.2023-cü il tarixli, SVLMB-08241 saylı kredit müqaviləsi üzrə ümumi borc ödənildikdən sonra artıq qalan məbləğ girov qoyan Cavabdeh qaytarılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-920/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-920/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver