Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-962/2023 17.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 172,80 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə XS-24- 00906/23 nömrəli qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmış və tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən təbii qaz ilə təchiz olunan fərdi yaşayış evi Salyan RQİİ-nin AQİS bazasında X3 adına qeydiyyatdadır. Bəhlul Hüseynov uzun müddət qeyd olunan fərdi yaşayış evində yaşamadığı üçün Cavabdeh ilə müqavilə bağlanmışdır. Bəhlul Hüseynovun abonent hesabında təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 172,80 manat məbləğində borc yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası məqsədilə hesablanmış 172,80 manat məbləğində ziyanın ödənilməməsi olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı İB-nin Salyan RQİİ-ninHacıqabul xidmət sahəsinin nümayəndələri tərəfindən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün istismardan çıxarılaraq yoxlamaya göndərilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasınınMSK-14-2-2/3-5-299 nömrəlirəyinə əsasən cavabdehin ünvanından çıxarılmış İtron markalı G-4 tipli 1702AZ**********71 zavod nömrəli qaz sayğacının elektron yaddaş proqramının nasaz olduğu, əsas çap vərəqinin korroziyaya uğradığı, xətaların normadan artıq olduğu və sayğacın istismara yararsız olduğu barədə rəy verilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasınınrəyinə, təbii qazdan istifadə üçün iki tərəfli bağlanmış müqavilə tələblərinə və “Qazdan istifadəQaydaları”na əsasən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz cihazlarının inventarzasiyası keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən itirilmiş təbii qazın bərpası məqsədi ilə hesabat aparılmış və 1440 m3 qaz sərfiyyatı cavabdehin abonent hesabına qeydə alınmışdır. İtirilmiş qazın hesabatı qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4 (qaz sayğacının nominal qaz sərfi) x 12 (orta günlük iş rejimi) x 30 (hesabat müddəti) =1440 m3 (itirilmiş qaz sərfi) x 0,12 (1 kub metr qazın dəyəri)= 172,80 manat) İddiaçı Salyan RQİİ-si tərəfindən 172,80manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün abonent cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmişdir. Yaşadığı ünvan üzrə onun abonent hesabına əsassız olaraq hesablanmış borc onun hüquqlarını pozur. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (qaz paylayıcısı) ilə Cavabdeh (məişət qaz qurğusu istifadəçisi) arasında bağlanmış XS-24-00906/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.4.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.) İş materiallarından görünür ki, Cavabdeh yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1702AZ**********71 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. Daha sonra qaz sayğacı, Zenner tipli G-4 **********101 nömrəli sayğac ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilmə səbəbi kimi klapanın hərəkətsiz olması göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh yaşadığı Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac F-124 rejimindədir. Elektron yaddaş proqramı nasazıdr. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-299 nömrəli rəyinə əsasən G4 markalı 1702AZ**********71 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, Sayğac F-124 rejimindədir. Elektron yaddaş proqramı nasazdır. Əsas çap vərəqi korroziyaya uğrayıb. LCD ekranda elektron göstərici bölməsində 10775.6 m3,(728.012m3) toplam kredit bölməsində 999999,qalıq kredit bölməsində -999999 və tarix bölməsində 03.06.05 əks olunur. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin yaşadığı fərdi yaşayış üzrə abonentin hesabına xx.xx.2023-ci il tarixli ******* nömrəli akt əsasında 172,80 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müracitə cavab məktubundan görünür ki, təqdim edilmiş sənədlərə əsasən ünvanın qaz sayğacının klapanının hərəkətsiz olması səbəbilə RQİİ-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən əvəzlənmiş, çıxarılan sayğacın göstəricisinin mexaniki və elektron hissədə 11079 m3 olduğu, sayğacda müdaxilə və hər hansı bir qüsurun olması barədə aktda qeydiyyat aparılmamış, Bəhlul Hüseynovun adına olan qaz hesabı üzrə qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixinə 172,80 manat məbləğində borcun olduğu, borcun 1440 m3 qaz sərfinin dəyəri olaraq 2023-cü ilin may ayında qaz hesabına əsassız daxil edilməsi nəticəsində yarandığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evi üzrə abonent hesabına 172,80 manat borc sayğacın klapanın hərəkətsiz və sayğacın yararsız olması ilə əsaslandırılmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc cavabdehin qanunla qorunan hüquqlarını pozur. Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman cavabdeh tərəfindən hər hansı formada müdaxilə edilməsi X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi vaxtadən hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, cavabdehin yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 172,80 manat borcun ondan tələb edilməsi əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(071)-962/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-962/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver