Məhkəmə qərarları › İş №e-2(071)-970/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-970/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-970/2023 17.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadə etdiyinə görə yaranmış 173,20 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 173,20 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023cü il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası məqsədilə hesablanmış 172,80 manat məbləğində dəymiş ziyanın və qaz sayğacı vasitəsilə istifadə olunmuş 0,40 manat dəyərində borcun ödənilməməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı İB-nin Salyan RQİİ-nin Hacıqabul xidmət sahəsinin nümayəndələri tərəfindən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün istismardan çıxarılaraq yoxlamaya göndərilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasınınMSK-14-2-2/3-5- 5251/Q003 nömrəli rəyinə əsasən cavabdehin ünvanından çıxarılmış İtron markalı G-4 tipli 1002AQ**********9 zavod nömrəli qaz sayğacında xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda 100 % nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu barədə rəy verilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi labaratoriyasınınrəyinə, təbii qazdan istifadə üçün iki tərəfli bağlanmış müqavilə tələblərinə və “Qazdan istifadəQaydaları”na əsasən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz cihazlarının inventarzasiyası keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən itirilmiş təbii qazın bərpası məqsədi ilə hesabat aparılmış və 1440 m3 qaz sərfiyyatı cavabdehin abonent hesabına qeydə alınmışdır. İtirilmiş qazın hesabatı qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4 (qaz sayğacının nominal qaz sərfi) x 12 (orta günlük iş rejimi) x 30 (hesabat müddəti) =1440 m3 (itirilmiş qaz sərfi) x 0,12 (1 kub metr qazın dəyəri)= 172,80 manat). Bundan başqa abonent tərəfindən qaz sayğacı ilə müəyyənləşən borc tam ödənilmədiyindən hesabında 0,40 manat məbləğində qalıq qalmışdır. İddiaçı Salyan RQİİsi tərəfindən 173,20manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, Salyan RQİİ-si ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdehin təbii qazdan istifadəyə görə ondan 173,20 manat məbləğində borc tələb etməsi əsassızdır. Belə ki, cavabdeh həmin borcun 172,80 manat hissəsini tərtib edilmiş akta əsasən, 0,40 manat hissəsini isə təbii qazdan istifadəyə görə hesablamışdır. Bildirir ki, cavabdehin yaşadığı evdə quraşdırılmış sayğac çıxarılarkən onda hər hansı qüsur aşkar edilməmiş, sayğaca cavabdeh tərəfindən hər hansı formada müdaxilə edilməsi müəyyən edilməmişdir. Belə olan vəziyyədə istismar müddəti keçmiş sayğaca görə cavabdehdən əlavə 172,80 manat borc tələb edilməsi əsassızdır. Tələbin 0,40 manat hissəsi ilə bağlı bildirir ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə müəyyən ödənişlər edilmiş və həmin borc aradan qalxmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (qaz paylayıcısı) ilə Cavabdeh arasında bağlanmış 389 saylı, xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Müqavilənin 2.2.5-ci bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx.xx.2023-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh yaşadığı Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1002AQ**********9 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. Daha sonra qaz sayğacı, Zenner tipli G-4 **********2 nömrəli sayğac ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilmə səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac minimal sərfiyyatda 100% nisbi xətta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazı eyd etmir, xətalar normadan artıqdır. Dəymiş ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-5251/Q003 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçrildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin yaşadığı fərdi yaşayış üzrə abonentin hesabına xx.xx.2023-ci il tarixli ******* nömrəli akt əsasında 172,80 manat borc hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin yaşadığı fərdi yaşayış evi üzrə abonent hesabına 172,80 manat borc sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırılmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı özü daşıyır. İddiaçı qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Cvabdehin yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc cavabdehin qanunla qorunan hüquqlarını pozur. Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman cavabdeh tərəfindən hər hansı formada müdaxilə edilməsi X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 3 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca cavabdeh və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, cavabdehin yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 172,80 manat borcun ondan tələb edilməsi əsassızdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təbii qazdan istifadəyə görə 0,40 manat borcun tutulması hissəsində də rədd edilməlidir. Belə ki, iddiaçının tələbinə görə iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdə cavabdehin təbii qazdan istifadəyə görə 0,40 manat borcu yaranmışdır. Lakin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 34509 nömrəli qəbzin surətindən müəyyən edilir ki, Cavabdeh təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixdə 5 manat məbləğində ödəniş etmişdir. Beləliklə təbii qazdan istifadəyə görə iddia tələbində göstərilən borcun cavabdeh tərəfindən ödənildiyi müəyyən olunur. Bu səbəbdən iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar