Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-98/2024 12.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Oba Market” MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1330,41 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı - kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli 694 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və X1 haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 482 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Oba – Hacıqabul 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun 1565,08 manat zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 234,67 manat güzəşt edilmişdir, qalıq borc 1330,41 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçı cavabdehin bilavasitə iş yerində intizam xətasına yol verdiyini qeyd etməklə, iddiaçıya xx.xx.2022-ci il tarixə 1565,08 manat zərər vurduğunu, ümumi qalıq borcdan 234,67 manat güzəşt edildiyini və qalan 1330,41 manat borun cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş bir illik tələb etmə müddətini ötürdükdən sonra xx.xx.2023-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı ona maddi ziyanın vurulmasını aşkar etdiyi xx.xx.2022-ci il tarixdən bir il müddətində xx.xx.2023-ci il tarixə kimi tələb edə bilərdi, iddiaçı bu müddət ərizində cavabdehə qarşı iddia qaldırmadığına görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinin tələbinə uyğun olaraq iddia rədd edilməlidir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, həqiqətən də o, Hacıqabul rayonunda yerləşən Oba marketdə əvvəlcə kassir kimi, daha sonra administrator kimi işləmişdir. İşlədiyi vaxt ərzində qəsdən heç bir pozuntuya yol verməmiş, mağazanın əmlakını mənimsəməmişdir. İşdən çıxarıldıqdan 2 il müddət keçdikdən sonra ona borc yazıldığını bilmişdir. O, Oba market tərəfindən tərtib edilmiş aktı imzalamamış, çünki onun bir günahı olmadan əsassız olaraq onun adına borc yazılmışdır. İddiaçı zərəri tələb etmək üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə 1 il müddətində xx.xx.2022-ci il tarixə kimi əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 671 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmrin verilməsinə əsas kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi göstərilmişdir. İş materiallarında olan “X1 haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Əmək Məcəlləsinin 199-200-cü maddələrinə müvafiq olaraq X1 haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən maddi məsul olan şəxs işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür və müqavilədə nəzərdə tutulmuş vəzifələri icra etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavədən, xx.xx.2021-ci il tarixli, 694 saylı əmrdən çıxarışdan və əmək müqaviləsinə dair bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “X1 haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında Əmək Məcəlləsinin 199-200-cü maddələrinə müvafiq olaraq X1 haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən maddi məsul olan şəxs işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür və müqavilədə nəzərdə tutulmuş vəzifələri icra etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 482 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC-nin Satış Departamentinin Satış şöbəsinin Administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixdə 482 saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırmış Oba Hacıqabul 6 (1477) filialının bağlanış nəticələrinə dair yekun aktdan görünür ki, həmin mağazada aparılan yoxlama nəticəsində 1565,08 manat əksik müəyyən edilmişdir. Qeyd olunan akt Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli imtina aktından müəyyən olunur ki, İddiaçı MMC-nin Hacıqabul rayonu Talış kəndində yerləşən Oba-Hacıqabul 6 (1477) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, invertarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksik gəlmələrin (1565,08 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixdə 1565,08 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 1330,41 manat borc qalmışdır. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla, Cavabdeh İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tərəflər arasında “X1” haqqında müqavilə bağlanmışdır. Sonra cavabdeh əmək müqaviləsinə dəyişiklik edilməklə müvafiq əmrlə xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında təkrarən X1 haqqında müqavilə bağlanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli 482 saylı əmrlə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. Cavabdehin administrator vəzifəsində işlədiyi Oba-Hacıqabul 6 mağazası xx.xx.2022-ci il tarixdə bağlanmış və həmin mağazanın fəaliyyəti ilə bağlı aparılmış inventarizasiya nəticəsində müəyyən edilmişdir ki, cavabdehin mağazada fəaliyyət göstərdiyi müddət ərzində 1565,08 manat dəyərində mal əksiyi mövcuddur və sonradan müvafiq güzəştlər tətbiq edilməklə qalıq məbləğin 1330,41 manat olması müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən mağazada işlədiyi müddət ərzində ona vurulmuş zərərin əvəzi kimi 1330,41 manat pulu tələb edir. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus mağazada administrator vəzifəsində işləməklə həm də onunla X1 haqqında müqavilə bağladığından, o, işlədiyi dövr ərzində ona etibar olunmuş əmlakın saxlanılması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə əlaqədar iddiaçı qarşısında X1 daşıyır. Cavabdeh tərəfindən fəaliyyət göstərdiyi müddət ərzində iddiaçıya 1330,41 manat məbləğində zərər vurulması iş materialları ilə təsdiq olunur. Bu mənada iddiaçı cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Lakin, iddiaçı ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Əmək Məcəllənin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin administrator kimi işlədiyi mağazada yoxlama aparılmış və xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir ki, həmin mağazada 1565,08 manat əksik mövcuddur. Daha sonra həmin məbləğin müəyyən hissəsi güzəşt olunaraq zərərin 1330,41 manat olması müəyyən edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixdə aparılmış yoxlama nəticəsində iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona maddi zərər vurulmuşdur. Lakin, iddiaçı həmin maddi zərəri qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürüldükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tələb etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulması ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il keçdikdən sonra məhkəməyə müraciət etdiyindən və bununla da iddia müddətini ötürdüyündən, cavabdeh isə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini məhkəməyə təqdim etdiyindən, iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 60 manat məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(071)-98/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-98/2024
12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver