Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-980/2024 01.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Hidayət Şahnəzər oğlunun vərəsəsi Cavabdeh ndan "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********79 saylı X3 Müqaviləsinə əsasən kredit üzrə 4467.19 manat əsas, 25.01 manat faiz borcu olmaqla cəmi 4492.2 manat borc, kart kredit limiti üzrə 290.2 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla cəmi 290.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4782.41 manat borc və ödənilmiş 67.83 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Əliyev Hidayət Şahnəzər oğlu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BPM**********79 saylı X3 Müqaviləsinə əsasən ona illik 22 %-lə, 48 ay müddətinə 7250 manat nağd kredit və illik 24 %-lə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu Əliyev Hidayət Şahnəzər oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh Əliyev Hidayət Şahnəzər oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********79 saylı X3 Müqaviləsinə əsasən kredit üzrə 4467.19 manat əsas, 25.01 manat faiz borcu olmaqla cəmi 4492.2 manat borc, X3 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 290.2 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla cəmi 290.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4782.41 manat borcu yaranmışdır. Şirvan şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 339169 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Əliyev Hidayət Şahnəzər oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-170 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi üzrə “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Əliyev Hidayət Şahnəzər oğlundan qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu Əliyev Hidayət Şahnəzər oğlununun vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 339169 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Hidayət Şahnəzər oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 356 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “X3” BPM**********79 saylı, xx.xx.2021-ci il tarixli müqavilədən və müraciət barədə ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nə Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kart sifariş vermiş və bank tərəfindən cavabdehə nağdsız ödənişlərin edilməsi üçün plastik kartın verilməsi təmin edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 BPM**********79 saylı kredit müqaviləsi üzrə borcu - 4467.19 manat əsas, 25.01 manat faiz borcu olmaqla cəmi 4492.2 manat borc, kart kredit limiti üzrə 290.2 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla cəmi 290.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4782.41 manat təşkil edir. İş materiallarında olan Hacıqabul Notariat Kontoru tərəfindən verilmiş 2V-170 reyestr nömrəli vərəsəlik işindən çıxarışdan görünür ki, mərhum Əliyev Hidayət Şahnəzər oğluna ödəniləcək 4782.41 manat pul vəsaitinə münasibətdə onun vərəsəsi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə mərhum borcalan Əliyev Hidayət Şahnəzər oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 7250 manat kredit verilmişdir. Lakin, borclu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 4467.19 manat əsas, 25.01 manat faiz borcu olmaqla cəmi 4492.2 manat borc, kart kredit limiti üzrə 290.2 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla cəmi 290.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4782.41 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. Hidayət Əliyev xx.xx.2023-cü il tarixdə ölmüşdür. O, öldükdən sonra hazırki iş üzrə Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı (4782,41 manat pul vəsaitini) notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında isə qeyd edilmişdir ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı mövqelərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, Cavabdeh mərhum Əliyev Hidayət Şahnəzər oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən və mirasqoyanın borcu miras qalmış əmlakdan az olduğundan, iddiaçı mərhum Əliyev Hidayət Şahnəzər oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, cəmi 4782,41 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 67,83 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********79 saylı müqavilə üzrə yaranmış 4467.19 manat əsas, 25.01 manat faiz borcu olmaqla cəmi 4492.2 manat borc, kart kredit limiti üzrə 290.2 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla cəmi 290.21 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 4782.41 manat (dörd min yeddi yüz səksən iki manat qırx bir qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 68,23 manat (altımış səkkiz manat iyirmi üç qəpik) pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-980/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-980/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver