Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-991/2022 05.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)-282/2018 nömrəli qətnaməsi ilə tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, birgə nikahdan doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 22 oktyabr 2008-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahdan onların 03 sentyabr 2011-ci il təvəllüdlü X4 adlı bir uşağı doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(071)-282/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2008-ci il tarixdə 373 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Son illərdə gedən infliyasiya nəticəsində göstərilən məbləğlə uşağı saxlamaq qeyri-mümkündür. Cavabdeh həmin məbləği də, vaxtı-vaxtında ödəmir. Hazırda uşaq böyüyür, iddiaçı isə uşağın ehtiyaclarını ödəyə bilmir. İddiaçı hazırda valideyinlərinin maddi dəstəyi ilə X7 və Hümanitar Kollecində “Peşə təlimi” ixtisası üzrə 3-cü kursda oxuyur və heç bir yerdə işləmədiyindən uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqı ilə maraqlanmır və əlavə heç bir maddi yardım göstərmir. Odur ki, müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 193 manat tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı ilə 22 oktyabr 2008-ci il tarixdə evlənmişdir. Birgə nikahdan 03 sentyabr 2011-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Hazırda nikahları pozulmuşdur və 03 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün ondan hər ay 100 manat aliment tutulur. Onun 100 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Belə ki, o, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə evlənmişdir və 3 uşağı doğulmuşdur. Hazırda dostuna məxsus mağazada işləyir və ayda 300 manat əmək haqqı alır. Tələb edilən alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ 879157 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan - 03 sentyabr 2011-ci il təvəllüdlü X4 adlı övladı var. Hacıqabul rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(071)-282/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2008-ci il tarixdə 373 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı ilə birgə nikahından doğulmuş övladı - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 303214 nömrəli, xx.xx.2021-ci il tarixli, AZ-İV 602535 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İV 700616 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh X3 ilə birgə nikahından - xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 adında 3 uşağı var. Elektron portaldan çıxarışdan müəyyən edilir ki, Cavabdeh aylıq əmək haqqısı 300 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu, cavabdehin ikinci dəfə ailə qurmasını və həmin nikahdan 3 azyaşlı uşağı olmasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)-282/2018 nömrəli qətnaməsi ilə tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)-282/2018 nömrəli qətnaməsi ilə tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(071)-991/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-991/2022
05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver