Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-108/2024 06.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMM QBKT Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-640/2023 saylı,12 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 2344 (iki min üç yüz qırx dörd) AZN məbləğində əsas kredit borcunun, 780.24 (yeddi yüz səksən, iyirmi dörd) AZN məbləğində faiz borcunun, 30 (otuz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 3154.24 (üç min yüz əlli dörd, iyirmi dörd) AZN məbləğində kredit borcunun və 50.88 (əlli, səksən səkkiz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin 20287/2024-60-2 saylı, 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-640/2023 saylı, 12 dekabr 2023-cü il tarixli icra sənədi 19 yanvar 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 19 yanvar 2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” fəslində “iş üzrə icraata xitam verilməsi” hallarına dair konkret norma olmadığı üçün qeyd edilən məsələyə dair “prosessual qənaət” prinsipinə əsasən oxşar maddə (qanunun analogiyası) ilə tənzimlənən “iddia icraatı” fəslini müəyyən edən normalar iş üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-108/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-108/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver