Məhkəmə qərarları › İş №e-2(072)-110/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-110/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-110/2025 23.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 2017nkXRDb/22 saylı, 16 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ən çoxu 120 (yüz iyirmi) ay müddətinə, illik 35 (otuz beş) % ödəmək şərtilə 20000 (iyirmi min) AZN məbləğində kredit, kredit prosedurlarına görə 5 % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 (beş) AZN məbləğində komissiya haqqı tutmaqla cavabdehin mülkiyyətinə verilə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh cari hesabına 16 mart 2022-ci il tarixdə 36 (otuz altı) ay müddətinə, illik 29.50 (iyirmi doqquz, əlli) % ödəmək şərtilə 1500 (min beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 07 iyun 2024-cü il tarixə banka 939.42 (doqquz yüz otuz doqquz, qırx iki) AZN məbləğində əsas kredit borcu, 226.37 (iki yüz iyirmi altı, otuz yeddi) AZN məbləğində faiz borcu, 61.17 (altmış bir, on yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 1226.96 (min iki yüz iyirmi altı, doxsan altı) AZN məbləğində borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 939.42 (doqquz yüz otuz doqquz, qırx iki) AZN məbləğində əsas kredit borcunun, 226.37 (iki yüz iyirmi altı, otuz yeddi) AZN məbləğində faiz borcunun, 61.17 (altmış bir, on yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1226.96 (min iki yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 32.67 (otuz iki, altmış yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 2017nkXRDb/22 saylı, 16 mart 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh ən çoxu 120 (yüz iyirmi) ay müddətinə, illik 35 (otuz beş) % ödəmək şərtilə 20000 (iyirmi min) AZN məbləğində kredit, kredit prosedurlarına görə 5 % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 (beş) AZN məbləğində komissiya haqqı tutmaqla cavabdehin mülkiyyətinə verilə bilər. İş materillarında olan “kreditin cari hesaba köçürülməsi haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı tərəfindən Cavabdeh cari hesabına 16 mart 2022-ci il tarixdə 36 (otuz altı) ay müddətinə illik 29.50 (iyirmi doqquz, əlli) % ödəmək şərtilə 1500 (min beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 2017nkXRDb/22 saylı, 16 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh ödəniş kartına 1500 (min beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1197652 saylı, 07 iyun 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 07 iyun 2024-cü il tarixə banka 939.42 (doqquz yüz otuz doqquz, qırx iki) AZN məbləğində əsas kredit borcu, 226.37 (iki yüz iyirmi altı, otuz yeddi) AZN məbləğində faiz borcu, 61.17 (altmış bir, on yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 1226.96 (min iki yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD/ saylı, 22 fevral 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 07 iyun 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 32.67 (otuz iki, altmış yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qavericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 939.42 (doqquz yüz otuz doqquz, qırx iki) AZN məbləğində əsas kredit borcu, 226.37 (iki yüz iyirmi altı, otuz yeddi) AZN məbləğində faiz borcu, 61.17 (altmış bir, on yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 1226.96 (min iki yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 32.67 (otuz iki, altmış yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 939.42 (doqquz yüz otuz doqquz, qırx iki) AZN məbləğində əsas kredit borcu, 226.37 (iki yüz iyirmi altı, otuz yeddi) AZN məbləğində faiz borcu, 61.17 (altmış bir, on yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 1226.96 (min iki yüz iyirmi altı, doxsan altı) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 32.67 (otuz iki, altmış yeddi) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar