Məhkəmə qərarları › İş №e-2(072)-1132/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-1132/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-1132/2025 24.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “10 saylı” filialı ilə Cavabdeh arasında bağlanmış 26nkAHM/25 saylı, 28 yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 45 (qırx beş) ay müddətinə, illik 18 (on səkkiz) % ödəmək şərtilə 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində kredit verilmiş, həmçinin ona bank hesabı (cari, kredit) açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 16 dekabr 2025-ci il tarixə banka 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində əsas kredit borcu, 1528.41 (min beş yüz iyirmi səkkiz, qırx bir) AZN məbləğində faiz borcu, 186.91 (yüz səksən altı, doxsan bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 14546.32 (on dörd min beş yüz qırx altı, otuz iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində əsas kredit borcunun, 1528.41 (min beş yüz iyirmi səkkiz, qırx bir) AZN məbləğində faiz borcunun, 186.91 (yüz səksən altı, doxsan bir) AZN məbləğində cərimə borcunun, ümumilikdə 14546.32 (on dörd min beş yüz qırx altı, otuz iki) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 134.04 (yüz otuz dörd, sıfır dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" Kommersiya Bankı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “10 saylı” filialı ilə arasında bağlanmış 26nkAHM/25 saylı, 28 yanvar 2025ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 45 (qırx beş) ay müddətinə, illik 18 (on səkkiz) % ödəmək şərtilə 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində kredit verilmiş, həmçinin ona bank hesabı (cari, kredit) açılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcumu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “10 saylı” filialı ilə Cavabdeh arasında bağlanmış 26nkAHM/25 saylı, 28 yanvar 2025-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02/21 saylı, 31 mart 2021-ci il tarixli “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri ilə tanış olmuş və bank tərəfindən Cavabdeh 45 (qırx beş) ay müddətinə, illik 18 (on səkkiz) % ödəmək şərtilə 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş və bank hesabı açmışdır. İş materillarında olan 26nkAHM/25 saylı, 28 yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində kredit borcunu illik 18 (on səkkiz) % dərəcəsi tətbiq edilməklə, 45 (qırx beş) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 26nkAHM/25 saylı, 28 yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əsasən “Yalnız istehlak kredit məhsulları üzrə fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi barədə” kütləvi ofertanın şərtləri çərçivəsində bank tərəfindən Cavabdeh bank hesabına 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1325936 saylı, 16 dekabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 16 dekabr 2025-ci il tarixə banka 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində əsas kredit borcu, 1528.41 (min beş yüz iyirmi səkkiz, qırx bir) AZN məbləğində faiz borcu, 186.91 (yüz səksən altı, doxsan bir) AZN məbləğində cərimə borcu və ümumilikdə 14546.32 (on dörd min beş yüz qırx altı, otuz iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD/ saylı, 17 noyabr 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 16 dekabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 134.04 (yüz otuz dörd, sıfır dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qavericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “10 saylı” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində əsas kredit borcu, 1528.41 (min beş yüz iyirmi səkkiz, qırx bir) AZN məbləğində faiz borcu, 186.91 (yüz səksən altı, doxsan bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 14546.32 (on dörd min beş yüz qırx altı, otuz iki) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 134.04 (yüz otuz dörd, sıfır dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12831 (on iki min səkkiz yüz otuz bir) AZN məbləğində əsas kredit borcu, 1528.41 (min beş yüz iyirmi səkkiz, qırx bir) AZN məbləğində faiz borcu, 186.91 (yüz səksən altı, doxsan bir) AZN məbləğində cərimə borcu, ümumilikdə 14546.32 (on dörd min beş yüz qırx altı, otuz iki) AZN məbləğində əsas kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 134.04 (yüz otuz dörd, sıfır dörd) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar