Məhkəmə qərarları › İş №e-2(072)-127/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-127/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-127/2025 31.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış **********0021 saylı, 19 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə məqsədilə 30 (otuz) ay müddətinə illik 27 (iyirmi yeddi) % ödəmək şərtilə 900 (doqquz yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq, bank ilə digər Cavabdeh2 arasında **********0***-******* saylı, 19 oktyabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini icra etməyən Cavabdeh1 20 noyabr 2024-cü il tarixə banka 677 (altı yüz yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 169.35 (yüz altmış doqquz, otuz beş) AZN məbləğində faiz borcu, 49.07 (qırx doqquz, sıfır yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 895.42 (səkkiz yüz doxsan beş, qırx iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 677 (altı yüz yetmiş yeddi) AZN məbləğində əsas kredit borcunun, 169.35 (yüz altmış doqquz, otuz beş) AZN məbləğində faiz borcunun, 49.07 (qırx doqquz, sıfır yeddi) AZN məbləğində cərimə borcunun, ümumilikdə 895.42 (səkkiz yüz doxsan beş, qırx iki) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış **********0021 saylı, 19 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə məqsədilə illik 27 (iyirmi yeddi) % ödəmək şərtilə 30 (otuz) ay müddətinə 900 (doqquz yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan **********184453 saylı, 19 oktyabr 2023-cü il tarixli “Fincard” kreditvermə qəbzinin surətindən və “Kredit kartının mədaxil (qəbul) aktı”n surətindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış **********0021 saylı, 19 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən təşkilat tərəfindən Cavabdeh1 məxsus “**********184453” hesab nömrəsinə 900 (doqquz yüz) AZN məbləğində pul köçürülmüş və kredit kartı Cavabdeh1 təqdim edilmişdir. İş materillarında olan **********0021 saylı, 19 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 900 (doqquz yüz) AZN məbləğində kredit borcunu illik 27 (iyirmi yeddi) % dərəcəsi tətbiq edilməklə, 30 (otuz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış **********0***-******* saylı, 19 oktyabr 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 20 noyabr 2024-cü il tarixə banka 677 (altı yüz yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 169.35 (yüz altmış doqquz, otuz beş) AZN məbləğində faiz borcu, 49.07 (qırx doqquz, sıfır yeddi) AZN məbləğində cərimə borcu və ümumilikdə 895.42 (səkkiz yüz doxsan beş, qırx iki) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan **********15 saylı, 03 dekabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı MMM QBKT ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 677 (altı yüz yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 169.35 (yüz altmış doqquz, otuz beş) AZN məbləğində faiz borcu, 49.07 (qırx doqquz, sıfır yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 895.42 (səkkiz yüz doxsan beş, qırx iki) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 677 (altı yüz yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 169.35 (yüz altmış doqquz, otuz beş) AZN məbləğində faiz borcu, 49.07 (qırx doqquz, sıfır yeddi) AZN məbləğində cərimə borcu, ümumilikdə 895.42 (səkkiz yüz doxsan beş, qırx iki) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar