Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-136/2025 08.04.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) % dərəcəsi (aylıq 2.0833 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən cavabdehə illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 25400 (iyirmi beş min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqavilələrinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 07 avqust 2024cü il tarixə banka 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7706.28 (yeddi min yeddi yüz altı, iyirmi səkkiz) AZN məbləğində əsas kredit borcu, 959.70 (doqquz yüz əlli doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 181.25 (yüz səksən bir, iyirmi beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 8847.23 (səkkiz min səkkiz yüz qırx yeddi, iyirmi üç) AZN məbləğində kredit borcu və 07 avqust 2024-cü il tarixə banka 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 21103.30 (iyirmi bir min yüz üç, otuz) AZN məbləğində əsas kredit borcu, 1955.98 (min doqquz yüz əlli beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 496.34 (dörd yüz doxsan altı, otuz dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 23555.62 (iyirmi üç min beş yüz əlli beş, altmış iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7706.28 (yeddi min yeddi yüz altı, iyirmi səkkiz) AZN məbləğində əsas kredit borcunun, 959.70 (doqquz yüz əlli doqquz, yetmiş) AZN məbləğində faiz borcunun, 181.25 (yüz səksən bir, iyirmi beş) AZN məbləğində cərimə borcunun, 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 21103.30 (iyirmi bir min yüz üç, otuz) AZN məbləğində əsas kredit borcunun, 1955.98 (min doqquz yüz əlli beş, doxsan səkkiz) AZN məbləğində faiz borcunun, 496.34 (dörd yüz doxsan altı, otuz dörd) AZN məbləğində cərimə borcunun, ümumilikdə 32402.85 (otuz iki min dörd yüz iki, səksən beş) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 187.21 (yüz səksən yeddi, iyirmi bir) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 25 (iyirmi beş) % dərəcəsi (aylıq 2.0833 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı QSC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 mart 2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, Cavabdeh1 “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 25 (iyirmi beş) % dərəcəsi (aylıq 2.0833 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun tam ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı QSC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən Cavabdeh1 illik 25 (iyirmi beş) % dərəcəsi (aylıq 2.0833 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 10000 (on min) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi (aylıq 2.0833 % dərəcəsi...) tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh2 arasında bağlanmış 012G**********01 saylı, 21 fevral 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən Cavabdeh1 illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə 25400 (iyirmi beş min dörd yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 25400 (iyirmi beş min dörd yüz) AZN məbləğində kredit borcunu illik 18 (on səkkiz) % dərəcəsi (aylıq 1.5 % dərəcəsi...) tətbiq edilməklə, 48 (qırx səkkiz) ay müddətinə hər ay vaxtıvaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh2 arasında bağlanmış 012G**********01 saylı, 21 fevral 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşdur. İş materiallarında olan hesabdan çıxarışın (“kreditin hərəkət cədvəli haqqında” çıxarış) surətindən görünür ki, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 bank hesabına 10000 (on min) AZN məbləğində (kredit) pul vəsaiti, bundan başqa, İddiaçı QSC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanmış 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 bank hesabına 25400 (iyirmi beş min dörd yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən hər iki kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan OUT-2024/08/07-22 saylı, 07 avqust 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 07 avqust 2024-cü il tarixə banka 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7706.28 (yeddi min yeddi yüz altı, iyirmi səkkiz) AZN məbləğində əsas kredit borcu, 959.70 (doqquz yüz əlli doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 181.25 (yüz səksən bir, iyirmi beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 8847.23 (səkkiz min səkkiz yüz qırx yeddi, iyirmi üç) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan OUT-2024/08/07-24 saylı, 07 avqust 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 07 avqust 2024-cü il tarixə banka 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 21103.30 (iyirmi bir min yüz üç, otuz) AZN məbləğində əsas kredit borcu, 1955.98 (min doqquz yüz əlli beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 496.34 (dörd yüz doxsan altı, otuz dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 23555.62 (iyirmi üç min beş yüz əlli beş, altmış iki) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 23 sentyabr 2024-cü il tarixli ödəniş qəbzinin durətindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 187.21 (yüz səksən yeddi, iyirmi bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7706.28 (yeddi min yeddi yüz altı, iyirmi səkkiz) AZN məbləğində əsas kredit borcu, 959.70 (doqquz yüz əlli doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 181.25 (yüz səksən bir, iyirmi beş) AZN məbləğində cərimə borcu, 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 21103.30 (iyirmi bir min yüz üç, otuz) AZN məbləğində əsas kredit borcu, 1955.98 (min doqquz yüz əlli beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 496.34 (dörd yüz doxsan altı, otuz dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 32402.85 (otuz iki min dörd yüz iki, səksən beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 187.21 (yüz səksən yeddi, iyirmi bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 7706.28 (yeddi min yeddi yüz altı, iyirmi səkkiz) AZN məbləğində əsas kredit borcu, 959.70 (doqquz yüz əlli doqquz, yetmiş) AZN məbləğində faiz borcu, 181.25 (yüz səksən bir, iyirmi beş) AZN məbləğində cərimə borcu, 012A********** saylı, 21 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 21103.30 (iyirmi bir min yüz üç, otuz) AZN məbləğində əsas kredit borcu, 1955.98 (min doqquz yüz əlli beş, doxsan səkkiz) AZN məbləğində faiz borcu, 496.34 (dörd yüz doxsan altı, otuz dörd) AZN məbləğində cərimə borcu, ümumilikdə 32402.85 (otuz iki min dörd yüz iki, səksən beş) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 187.21 (yüz səksən yeddi, iyirmi bir) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-136/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-136/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver