Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-140/2025 12.03.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi: X2, Cavabdeh1 nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ACAM2-12517-1873 saylı, 07 iyun 2023-cü il tarixli kredit müqaviləsina əsasən bank tərəfindən cavabdehə şəxsi istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq cəmiyyət ilə digər Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu cəmiyyətin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh2 kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh2 04 fevral 2025-ci il tarixə cəmiyyətə 6002.77 (altı min iki, yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 33.92 (otuz üç, doxsan iki) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu və ümumilikdə 6136.69 (altı min yüz otuz altı, altmış doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6002.77 (altı min iki, yetmiş yeddi) AZN məbləğində əsas kredit borcunun, 33.92 (otuz üç, doxsan iki) AZN məbləğində faiz borcunun, 100 (yüz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 6136.69 (altı min yüz otuz altı, altmış doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 90.40 (doxsan, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X3 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, Cavabdeh2 onun anası, digər Cavabdeh1 isə onun atasıdır. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ACAM2-12517-1873 saylı, 07 iyun 2023-cü il tarixli kredit müqaviləsina əsasən bank tərəfindən Cavabdeh2 şəxsi istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq cəmiyyət ilə digər Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərlərinə öhdəlik götürmüşlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişlər. Hüquqlarını təmsil etdiyi Cavabdeh1 maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər Cavabdeh2 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, digər Cavabdeh2 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış ACAM2-12517-1873 saylı 07 iyun 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh2 şəxsi istehlak məqsədilə illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışdan görünür ki, iddiaçı TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında bağlanmış ACAM2-12517-1873 saylı 07 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh2 bank hesabına 10000 (on min) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan ACAM2-12517-1873 saylı 07 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 10000 (on min) AZN məbləğində kredit borcunu illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında təşkilatın xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış ACAM2-12517-1873+ ACAM2-12527 saylı, 07 iyun 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh1 cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 04 fevral 2025-ci il tarixə cəmiyyətə 6002.77 (altı min iki, yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 33.92 (otuz üç, doxsan iki) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu və ümumilikdə 6136.69 (altı min yüz otuz altı, altmış doqquz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 3796/HO-OUT saylı, 17 sentyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər biri ayrıayrılıqda iddiaçı "xxxx" MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********** saylı, 25 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 90.40 (doxsan, qırx) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6002.77 (altı min iki, yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 33.92 (otuz üç, doxsan iki) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 6136.69 (altı min yüz otuz altı, altmış doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 90.40 (doxsan, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6002.77 (altı min iki, yetmiş yeddi) AZN məbləğində əsas kredit borcu, 33.92 (otuz üç, doxsan iki) AZN məbləğində faiz borcu, 100 (yüz) AZN məbləğində cərimə borcu, ümumilikdə 6136.69 (altı min yüz otuz altı, altmış doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 90.40 (doxsan, qırx) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-140/2025
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-140/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver